BAKI,VOA, Fərid Mikayılov
Rusiya paytaxtı Moskvanın merı Sergey Sobyanin Moskva vilayətinin 250 pilotsuz uçuş aparatı (PUA) ilə hədəf alındığını, bunlardan 28-nin bilavasitə vilayət səmasında məhv edildiyini bildirib.
VOA xəbər verir ki, Sobyanin öz sosial media hesabından məsələ ilə bağlı rəsmi bəyanat yayaraq vurğulayıb:
"Dünən axşam saat 20:30-dan bu gün saat 07:30-a qədər Moskva vilayəti istiqamətində 250 PUA uçub. Bunların böyük bir hissəsi vilayət ərazisinə çatmadan vuruldu. 28 PUA isə bilavasitə vilayət üzərində zərərsizləşdirildi".
Sobyanin vurulan PUA-ların qalıqlarının düşdüyü nöqtələrdə fövqəladə hallar və qəza-xilasetmə xidmətlərinin işini davam etdirdiyini qeyd edib.
Digər tərəfdən, Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada gecə ərzində Ukraynaya məxsus ümumilikdə 726 PUA-nın Moskva da daxil olmaqla ölkənin müxtəlif regionları üzərində hava hücumundan müdafiə (HHM) sistemləri tərəfindən zərərsizləşdirildiyi diqqətə çatdırılıb.