Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Mövcud yanaşma davam edərsə, Türkiyənin Aİ-yə üzvlüyü mümkün deyil - Hakan Fidan

    26 Yanvar 2026 18:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Mövcud yanaşma davam edərsə, Türkiyənin Aİ-yə üzvlüyü mümkün deyil - Hakan Fidan
    Facebook Twitter LinkedIn Pinterest Email
    Bizi buradan izləyin və Bizə yazın

    BAKI, AzerVoice, Orxan Qədirzadə

    Türkiyənin xarici işlər naziri Hakan Fidan Avropa İttifaqının Ankaraya münasibətində köklü dəyişiklik olmadığı təqdirdə üzvlük perspektivinin real görünmədiyini bildirib.

    AzerVoice xəbər verir ki, nazir bu fikirləri “Sky News Arabia” telekanalına müsahibəsində səsləndirib.

    Hakan Fidan Avropa İttifaqının Türkiyəyə münasibətdə “kimlik siyasəti”nə əsaslanan yanaşmanı davam etdirdiyini vurğulayıb. Onun sözlərinə görə, Aİ institusional baxımdan milli sərhədləri aşan quruma çevrilsə də, mədəni və sivilizasiya baxımından inklüziv model formalaşdıra bilməyib. Fidan qeyd edib ki, Türkiyə məsələsində fərqli din və sivilizasiyaya mənsubluq arqumenti ön plana çəkilir və bu da üzvlük prosesinin əsas maneəsinə çevrilir.

    Nazir Suriyada Bəşşar Əsədin ölkəni tərk etməsindən sonra yaranmış yeni vəziyyətə də toxunub. Bildirib ki, Türkiyə və region ölkələri Şamda formalaşan yeni idarəçiliklə bağlı adlardan asılı olmayan, prinsiplərə əsaslanan mövqe sərgiləyir. Fidan Suriya üzrə dörd əsas prioritet ətrafında regional uzlaşmanın əldə olunduğunu açıqlayıb.

    Onun sözlərinə görə, bu prioritetlər Suriyanın qonşular üçün təhlükə yaratmaması, terror təşkilatları ilə əməkdaşlıq etməməsi, azlıqlara və dini qruplara qarşı zorakılığa yol verilməməsi və ölkənin ərazi bütövlüyünün qorunmasıdır. Nazir qeyd edib ki, bu tələblər Suriya prezidenti Əhməd əş-Şəraaya çatdırılıb və Dəməşq rəhbərliyi tərəfindən məqbul hesab edilib.

    Hakan Fidan Türkiyə üçün miqrasiya və terrorla mübarizənin əsas iki strateji məsələ olduğunu vurğulayıb. O əlavə edib ki, bu yanaşma yalnız Ankaranın deyil, həm də region ölkələri və beynəlxalq tərəfdaşların ümumi gözləntisidir. Nazir Avropa və ABŞ tərəflərinin də prosesə cəlb olunduğunu və məqsədin Suriyada formalaşacaq istənilən hökumətdən gözləntilərin aydın şəkildə müəyyənləşdirilməsi olduğunu bildirib.

    #Hakan Fidan: Bu zihniyetle Türkiye AB üyesi olamaz #Türkiye’den AB’ye net mesaj: Kimlik siyaseti engel #Fidan AB’nin Türkiye tutumunu eleştirdi #Ankara’dan Brüksel’e üyelik uyarısı #Türkiye-AB ilişkilerinde üyelik çıkmazı #Fidan’dan Avrupa Birliği değerlendirmesi #Hakan Fidan: Mövcud siyasətlə Türkiyənin Aİ-yə üzvlüyü mümkün deyil #Türkiyədən Aİ-yə açıq mesaj: əsas maneə kimlik siyasətidir #Fidan Aİ-nin Türkiyəyə münasibətini tənqid etdi #Ankara: Avropa İttifaqı yanaşmanı dəyişməlidir #Türkiyə-Aİ münasibətlərində üzvlük böhranı dərinləşir #Fidan Aİ üzvlüyü ilə bağlı real mənzərəni açıqladı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Mansur Yavaş CHP-də siyasətə davam edəcək

    26 Avqust 2026 15:00

    Kayseridə 4,1 maqnitudalı zəlzələ baş verib

    26 Avqust 2026 11:35

    Türkiyənin əhalisi 86,3 milyona çatdı

    26 Avqust 2026 09:46

    Qətər və Türkiyə İqtisadi Tərəfdaşlıq Sazişinin icrasını müzakirə edib

    25 Avqust 2026 18:38

    Türkiyə ABŞ-nin Suriya ilə bağlı qərarını alqışlayıb

    25 Avqust 2026 10:56

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02

    Diyarbəkirdə 4 min metr dərinlikdən yüksək keyfiyyətli neft çıxarıldı

    23 Avqust 2026 11:40

    Baykar süni intellektlə təchiz edilmiş mini kompüteri təqdim etdi

    23 Avqust 2026 11:36

    Türkiyə ilə gərginliyi artırmaq niyyətimiz yoxdur - Gideon Saar

    22 Avqust 2026 22:11

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Turizmin paytaxtı Antalyada 10 milyonluq hədd aşıldı

    22 Avqust 2026 13:08

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    21 Avqust 2026 20:30
    XƏBƏR LENTİ

    Küveyt BMT Təhlükəsizlik Şurasından siyasi iradə tələb edir

    Çindən birbaşa Səudiyyəyə yeni xətt - "ONE" nəhəng gəmiçilik xidmətini işə saldı

    BƏƏ cüdo millisi Lozanna "Böyük Dəbilqə" turnirinə qatılır

    12 milyard dollarlıq sirr - Suriyanın dövlət ehtiyatı Hafiz Əsədin adına olub?

    Hakimiyyət mübarizələri və hərbi toqquşmalar - 27 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 27 Avqust

    Qətərin Baş naziri gərginliyin azaldılması üçün Tehrana səfər edəcək

    Körfəz ölkələri İranla müharibənin uzanacağını düşünür

    Anthropic hesablama gücü üçün 45 milyard dollar xərcləyəcək

    Səmərqənd və Buxaranın xəzinələri Qətərdə nümayiş oluancaq

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.