Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə və Küveyt arasında 4 yeni əməkdaşlıq sazişi imzalanıb

    21 Oktyabr 2025 16:35
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə və Küveyt arasında 4 yeni əməkdaşlıq sazişi imzalanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nailə Babazadə

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Küveyt Əmiri Şeyx Meşal əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə iki ölkə arasında 4 saziş imzalanıb.

    AzerVoice xəbər verir ki, rəsmi səfər çərçivəsində Küveytə gələn və rəsmi mərasimlə qarşılanan Prezident Ərdoğan, Küveyt Əmiri əs-Sabah ilə təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirib.

    Ərdoğan Küveyt Əmiri əs-Sabaha Türkiyənin yerli elektrik avtomobili Toggu hədiyyə edib.

    Bəyan Sarayında keçirilən görüşlərdən sonra iki ölkə arasında müxtəlif sazişlərin imzalanması mərasimi baş tutub.

    Türkiyə ilə Küveyt arasında “Dəniz Daşımacılığı Sazişi”, həmçinin Türkiyə Nəqliyyat və İnfrastruktur Nazirliyi ilə Küveyt Daxili İşlər Nazirliyi arasında “Gəmiçilərin Sertifikatlarının Qarşılıqlı Tanınmasına dair Anlaşma Memorandumu” xarici işlər naziri Hakan Fidan və Küveytin Baş nazirinin birinci müavini, daxili işlər naziri Şeyx Fahad Yusuf Saud əs-Sabah tərəfindən imzalanıb.

    Türkiyə ilə Küveyt arasında enerji sahəsində əməkdaşlığa dair anlaşma memorandumu isə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar və Küveytin Elektrik, Su və Bərpa olunan Enerji naziri, Maliyyə naziri vəzifəsini icra edən, iqtisadi məsələlər və investisiyalara cavabdeh dövlət naziri Dr. Subaih Əbdüləziz Əbdülmohsen əl-Muhaizem tərəfindən imzalanıb.

    Bundan başqa, Türkiyə Respublikasının Prezident Administrasiyasına bağlı İnvestisiya və Maliyyə İdarəsi ilə Küveytin Birbaşa İnvestisiyaları Təşviq İdarəsi (KDIPA) arasında birbaşa investisiyaların təşviqi sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Sənədə Türkiyə tərəfdən idarənin rəhbəri Ahmet Burak Dağlıoğlu, Küveyt tərəfdən isə KDIPA-nın baş direktoru Şeyx Dr. Meşal Cabir əl-Əhməd əs-Sabah imza atıblar.

    #Rəcəb Tayyib Ərdoğan #Küveyt #TOGG #memorandum #Əməkdaşlıq memorandumu #Şeyx Meşal əl-Əhməd əl-Cabir əs-Sabah #Türkiyə diplomatiyası #Togg elektrik avtomobili
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Ərdoğan Zəfər Bayramının ildönümü münasibətilə bəyanat yayıb

    30 Avqust 2026 11:28

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Pakistan və Küveyt yeni müdafiə sazişi imzalayıb

    28 Avqust 2026 18:19

    Cakarta və Küveyt arasında yeni əməkdaşlıq perspektivləri müzakirə olunub

    28 Avqust 2026 10:58

    Türkiyə və Səudiyyə Ərəbistanı arasında bərpa olunan enerji sazişi təsdiqlənib

    28 Avqust 2026 09:13

    Pakistan yeni müdafiə sazişi çərçivəsində Küveyt qüvvələrinə təlim keçəcək

    27 Avqust 2026 20:02

    Küveyt və Pakistan birgə müdafiə əməkdaşlığı sazişi imzalayıb

    27 Avqust 2026 18:32

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Küveyt qapılarını xarici biznesə açır - Azərbaycan şirkətləri və investorları üçün yaranan fürsətlər hansılardır?

    27 Avqust 2026 11:22

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20

    Türkiyə İsrail təyyarəsini vursaydı nə baş verərdi?

    24 Avqust 2026 08:02
    XƏBƏR LENTİ

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.