#Togg elektrik avtomobili

Türkiyə Statistika Təşkilatının (TÜİK) məlumatlarına görə, 2025-ci ildə ölkədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 370 mini ötüb. Elektrikli avtomobillərin ümumi avtomobillər içindəki payı 2,1 faizə yüksəlib, hibrid avtomobillərdə isə əhəmiyyətli artım qeydə alınıb. Türkiyədə yol hərəkətində qeydiyyatda olan elektrikli avtomobillərin sayı 2025-ci ildə əvvəlki illə müqayisədə təxminən 102 faiz artaraq 370 min 591-ə çatıb. Ölkədə ötən il trafiqdə qeydiyyatda olan avtomobillərin ümumi sayı isə 17 milyon 373 min 581 olub.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Küveyt Əmiri Şeyx Meşal əl-Əhməd əl-Cabir əs-Sabahın iştirakı ilə iki ölkə arasında 4 saziş imzalanıb. Rəsmi səfər çərçivəsində Küveytə gələn və rəsmi mərasimlə qarşılanan Prezident Ərdoğan, Küveyt Əmiri əs-Sabah ilə təkbətək və nümayəndə heyətləri arasında görüşlər keçirib. Ərdoğan Küveyt Əmiri əs-Sabaha Türkiyənin yerli elektrik avtomobili Toggu hədiyyə edib.