Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyənin cənub-şərqi üçün strateji layihə - Dörtyol-Hassa yolu

    29 Avqust 2025 16:30
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyənin cənub-şərqi üçün strateji layihə - Dörtyol-Hassa yolu
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Nərmin Ağayeva

    Türkiyənin Cənub-Şərqi Anadolu Bölgəsinin iqtisadi və sosial inkişafına töhfə verəcək Dörtyol-Hassa Avtomobil Yolu və Dəmir Yolu Layihəsi üçün 1,55 milyard avroluq xarici maliyyə təmin edilib.

    AzerVoice xəbər verir ki, Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək sosial media hesabında verdiyi açıqlamada, layihənin bölgənin rəqabət qabiliyyətini artıracağını və dəmir yolu sektoruna 2025-ci ilə qədər təmin edilən ümumi xarici maliyyənin 4,2 milyard avroya çatdığını bildirib.

    Şimşək, “İskenderun körfəzini Cənub-Şərqi Anadolu və Qaziantep ilə birləşdirəcək bu layihə ilə istehsal və logistika mərkəzlərinin qlobal bazarlara çıxışı asanlaşacaq,” – deyə vurğulayıb.

    Layihə üçün maliyyələşdirmə Societe Generale-nin rəhbərlik etdiyi kreditorlar konsorsiumu ilə imzalanan sazişlər çərçivəsində təmin edilib. Maliyyə İsveç İxrac Kredit Agentliyi (EKN) və İslam İnkişaf Bankının nəzdindəki İslam İnvestisiya Sığortası və İxrac Kredit Korporasiyasının (ICIEC) zəmanəti ilə müxtəlif kommersiya bankları tərəfindən dəstəklənib.

    Qeyd edək ki, Nəqliyyat və İnfrastruktur Nazirliyinin İnfrastruktur İnvestisiyaları Baş İdarəsi tərəfindən həyata keçirilən Dörtyol-Hassa Layihəsi, İskenderun körfəzini Amanos dağlarının arxasındakı sənaye zonaları və Qaziantep vilayəti ilə birləşdirəcək. Layihə, həm avtomobil, həm də dəmir yolu bağlantıları ilə bölgənin nəqliyyat infrastrukturunu gücləndirəcək, ticarət, turizm və iqtisadi inkişafı dəstəkləyəcək. Xüsusilə Kahramanmaraş zəlzələlərindən zərər çəkmiş bölgənin bərpası və zəlzələyə davamlı infrastrukturun qurulması baxımından layihə böyük əhəmiyyət kəsb edir.

    Layihənin tamamlanması ilə Türkiyənin ixrac potensialının artacağı, sənaye və logistika mərkəzlərinin qlobal bazarlara inteqrasiyasının sürətlənəcəyi gözlənilir. Bu, həmçinin regionun zəlzələlərə qarşı dayanıqlılığını artıracaq və sosial-iqtisadi inkişafa əhəmiyyətli töhfə verəcək.

    #Türkiyə #Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyi #İskenderun limanı #Mehmet Şimşek #Qaziantep #dəmir yolu #Pilot layihə #Türkiyə sürətli dəmir yolu #dəmir yolu şəbəkəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27

    Türkiyə bələdiyyəsindən yeni tender elanı — Azərbaycan şirkətləri də iştirak edə bilər

    16 İyul 2026 10:30

    FETÖ artıq istifadə dəyərini itirmiş bir quruluşdur - Hakan Fidan

    15 İyul 2026 14:56

    Hakan Fidan Ukraynaya gedəcək

    15 İyul 2026 13:22

    İstanbul Hava Limanı qlobal aviasiyada liderliyini qoruyur: 39 milyondan çox sərnişin (ÖZƏL)

    15 İyul 2026 10:05

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətərə səfər edib

    14 İyul 2026 17:39
    XƏBƏR LENTİ

    Dünyanın ilk avtomobil yarışı 132 il əvvəl Fransada keçirilib

    Tarixdə bu gün - 22 İyul

    Tramp və Aun arasında görüş çox məhsuldar keçib - ABŞ rəsmisi

    TikTok rəhbəri ABŞ Konqresində Çin əlaqələri barədə sorğu-sual olunacaq

    Livanda minanın partlaması nəticəsində iki xilasedici yaralanıb

    Moldovada Vasile Tofanın rəhbərlik etdiyi yeni hökumət təsdiqləndi

    ABŞ-da maliyyə bazarlarına nəzarət necə dəyişir?

    Livan Prezidenti ABŞ vasitəçiliyi ilə İsraillə razılaşmanı tarixi nailiyyət adlandırıb

    Kanada dolları ABŞ tarifləri təhdidi fonunda bir həftənin ən aşağı səviyyəsinə düşüb

    İran Fransa diplomatlarını “qeyri-peşəkar” davranışda ittiham edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.