#dəmir yolu şəbəkəsi

Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək sosial media hesabında verdiyi açıqlamada, layihənin bölgənin rəqabət qabiliyyətini artıracağını və dəmir yolu sektoruna 2025-ci ilə qədər təmin edilən ümumi xarici maliyyənin 4,2 milyard avroya çatdığını bildirib. Şimşək, “İskenderun körfəzini Cənub-Şərqi Anadolu və Qaziantep ilə birləşdirəcək bu layihə ilə istehsal və logistika mərkəzlərinin qlobal bazarlara çıxışı asanlaşacaq,” – deyə vurğulayıb. Layihə üçün maliyyələşdirmə Societe Generale-nin rəhbərlik etdiyi kreditorlar konsorsiumu ilə imzalanan sazişlər çərçivəsində təmin edilib. Maliyyə İsveç İxrac Kredit Agentliyi (EKN) və İslam İnkişaf Bankının nəzdindəki İslam İnvestisiya Sığortası və İxrac Kredit Korporasiyasının (ICIEC) zəmanəti ilə müxtəlif kommersiya bankları tərəfindən dəstəklənib.