Suriya sərhədi boyunca uzanan Karkamış–Nusaybin Dəmiryolu Xətti ilə Mardin–Şenyurt arasındakı 350 kilometrlik hissədə aparılan təmir və yaxşılaşdırma işləri sürətlə davam etdirilir. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazirin sözlərinə görə, ümumi uzunluğu 350 kilometr olan xəttin 325 kilometri Karkamış–Nusaybin, 25 kilometri isə Mardin–Şenyurt istiqamətindən ibarətdir. O bildirib ki, bölgədə vəziyyətin normallaşması ilə sərhəd boyunca uzanan bu strateji xətt yenidən istifadəyə hazırlanır.
#Türkiyə sürətli dəmir yolu
Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək sosial media hesabında verdiyi açıqlamada, layihənin bölgənin rəqabət qabiliyyətini artıracağını və dəmir yolu sektoruna 2025-ci ilə qədər təmin edilən ümumi xarici maliyyənin 4,2 milyard avroya çatdığını bildirib. Şimşək, “İskenderun körfəzini Cənub-Şərqi Anadolu və Qaziantep ilə birləşdirəcək bu layihə ilə istehsal və logistika mərkəzlərinin qlobal bazarlara çıxışı asanlaşacaq,” – deyə vurğulayıb. Layihə üçün maliyyələşdirmə Societe Generale-nin rəhbərlik etdiyi kreditorlar konsorsiumu ilə imzalanan sazişlər çərçivəsində təmin edilib. Maliyyə İsveç İxrac Kredit Agentliyi (EKN) və İslam İnkişaf Bankının nəzdindəki İslam İnvestisiya Sığortası və İxrac Kredit Korporasiyasının (ICIEC) zəmanəti ilə müxtəlif kommersiya bankları tərəfindən dəstəklənib.
Türkiyə Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu ölkənin şimalı ilə cənubunu birləşdirən sürətli və ekoloji dəmir yolu şəbəkəsinin yaradıldığını açıqlayıb.