Bakı–Tbilisi–Bakı marşrutu üzrə gediş haqqı məlum olub. Bir istiqamət üzrə minimum tarif Bakı–Tbilisi marşrutu üçün 81 manatdır. Yevlaxdan Tbilisiyə 67 manat, Gəncədən Tbilisiyə 62 manat, Ağstafadan Tbilisiyə 57 manat, Böyük Kəsikdən Qardabaniyə isə 51 manat təşkil edəcək.
#dəmir yolu
Suriya sərhədi boyunca uzanan Karkamış–Nusaybin Dəmiryolu Xətti ilə Mardin–Şenyurt arasındakı 350 kilometrlik hissədə aparılan təmir və yaxşılaşdırma işləri sürətlə davam etdirilir. Bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib. Nazirin sözlərinə görə, ümumi uzunluğu 350 kilometr olan xəttin 325 kilometri Karkamış–Nusaybin, 25 kilometri isə Mardin–Şenyurt istiqamətindən ibarətdir. O bildirib ki, bölgədə vəziyyətin normallaşması ilə sərhəd boyunca uzanan bu strateji xətt yenidən istifadəyə hazırlanır.
"Böyük Qayıdış" proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat xidmətləri ilə təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən Bakı-Ağdam müntəzəm avtobus reysi təşkil edilir.
"Azərbaycan Dəmir Yolları" QSC (ADY) Bakı–Ağdam qatarının fəaliyyəti 32 ildən sonra bərpa edilib. İlk qatar bu gün saat 07:10-da Bakı Dəmiryol Vağzalından yola düşüb. Qeyd edək ki, hərəkət cədvəlinə əsasən, qatar şənbə günləri Bakıdan saat 07:00-da yola düşəcək, Ağdama 11:53-də çatacaq. Ağdamdan saat 18:20-də çıxan qatar isə saat 22:55-də Bakı Dəmiryol Vağzalında olacaq.
Türkiyənin Xəzinə və Maliyyə Naziri Mehmet Şimşək sosial media hesabında verdiyi açıqlamada, layihənin bölgənin rəqabət qabiliyyətini artıracağını və dəmir yolu sektoruna 2025-ci ilə qədər təmin edilən ümumi xarici maliyyənin 4,2 milyard avroya çatdığını bildirib. Şimşək, “İskenderun körfəzini Cənub-Şərqi Anadolu və Qaziantep ilə birləşdirəcək bu layihə ilə istehsal və logistika mərkəzlərinin qlobal bazarlara çıxışı asanlaşacaq,” – deyə vurğulayıb. Layihə üçün maliyyələşdirmə Societe Generale-nin rəhbərlik etdiyi kreditorlar konsorsiumu ilə imzalanan sazişlər çərçivəsində təmin edilib. Maliyyə İsveç İxrac Kredit Agentliyi (EKN) və İslam İnkişaf Bankının nəzdindəki İslam İnvestisiya Sığortası və İxrac Kredit Korporasiyasının (ICIEC) zəmanəti ilə müxtəlif kommersiya bankları tərəfindən dəstəklənib.
Nəqliyyat və İnfrastruktur naziri Abdulkadir Uraloğlu hazırda CNN Türk-ün canlı yayımında Qars-İğdır-Aralık-Dilucu Yüksək Sürətli Dəmiryolu Xətti və Zəngəzur dəhlizi ilə bağlı açıqlamalar verir. Nazir bildirib ki, layihə çərçivəsində Qarsdan Naxçıvana qədər uzanan 224 kilometrlik xəttin 150 kilometri artıq hazırdır və bərpa olunacaq, qalan 20 kilometri isə Azərbaycan tərəfi tikəcək. Hər iki ölkənin əməkdaşlığı ilə xətt eyni vaxtda tamamlanacaq və Bakıdan Qars istiqamətində sərnişin və yük daşımaları mümkün olacaq. Uraloğlu qeyd edib ki, Zəngəzur dəhlizi 43 kilometrlik məsafəni əhatə edəcək və ən geci beş ildən sonra tam istifadəyə veriləcək. Bu yeni xəttin istifadəyə verilməsi ilə Bakı-Tbilisi-Qars marşrutuna alternativ təmin olunacaq və türk dünyası üçün daha qısa və problemsiz nəqliyyat marşrutu yaradılacaq.
Türkiyənin Nəqliyyat və İnfrastruktur Naziri Abdulkadir Uraloğlu dəmir yolunun həm Zəngəzur dəhlizinin əsas hissəsi, həm də Türkiyənin Avrasiyada logistika mərkəzi mövqeyini gücləndirəcək strateji addım olduğunu bildirib. Nazir layihə üçün 2,4 milyard avro həcmində xarici kredit əldə olunduğunu, bunun ölkəyə valyuta axını yaradacağını vurğulayıb. Uraloğlunun sözlərinə görə, 224 kilometr uzunluğunda, elektrikləşdirilmiş və siqnallı cüt xətt illik 5,5 milyon sərnişin və 15 milyon ton yük daşıma gücünə sahib olacaq. Xətt üzrə beş tunel, 19 kəsilmiş-örtük tunel, 13 körpü, 14 keçid və yüzlərlə mühəndislik qurğusunun 2029-cu ilin sonuna qədər tamamlanması planlaşdırılır.
Layihə çərçivəsində Qaziantepi İskenderun Limanı ilə birləşdirəcək, hər biri 20 kilometr uzunluğunda olan və dəmir yolu ilə avtomobil yolunu birləşdirən funksional üç borulu tunel inşa ediləcək. Bu mühəndislik həlli dünyada ilk olacaq. Layihə, Amanos dağlarının altından keçərək səyahət müddətini əhəmiyyətli dərəcədə azaldacaq, bölgənin ixrac imkanlarını genişləndirəcək və iqtisadi fəallığı artıracaq.
İran İslam Respublikası qonşu ölkələrlə əlaqələri gücləndirmək və regional dəmir yolu şəbəkəsini inkişaf etdirmək məqsədilə üç yeni beynəlxalq sərnişin marşrutunun istifadəyə verilməsinə hazırlaşır.