Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Çanakkaledə meşə yanğını qeydə alınıb

    17 Avqust 2025 09:54
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Çanakkaledə meşə yanğını qeydə alınıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice, Səməd Əyyubov

    Türkiyənin Çanakkale vilayətinin Gelibolu rayonunda yanğın qeydə alınıb.

    AzerVoice xəbər verir ki, yanğın meşəlik ərazidə baş verib.

    Yanğına havadan və qurudan müdaxilə edilir.

    Gelibolu rayonunun Tayfur və Cumalı kəndləri arasında ötən gün yerli vaxtla saat 16:28-də başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik sahələrə yayılan yanğına qarşı mübarizə davam edir.

    Çanakkale valisi Ömər Toraman bildirib ki, Tayfur kəndindəki yanğında ehtiyat tədbiri olaraq 5 kənddən 251 nəfər təhlükəsiz ərazilərə köçürülüb. Vali qeyd edib ki, başda meşə işçiləri olmaqla bütün qurumlar və qruplar yanğına qarşı mübarizəni davam etdirir. O, hazırda yanğının təxliyə edilən yaşayış məntəqələrinə yayılmadığını vurğulayıb.

    Qeyd edək ki, ötən gün axşam saatlarınadək yanğına havadan 12 təyyarə və 12 helikopter müdaxilə edib. Bundan əlavə, 75 yanğınsöndürmə maşını, 84 müxtəlif texnika və 985 nəfər şəxsi heyət yanğınsöndürmə işlərinə cəlb olunub.

    Yanğın səbəbindən Gelibolu rayonunun Karainebeyli, Eceabat rayonunun isə Yolağzı, Kumköy, Böyükanafartalar və Kiçikanafartalar kəndləri ehtiyat məqsədilə təxliyə olunub.

    #yanğın #meşə yanğını\ #meşə yanğını #meşə yanğınları #yanğınsöndürən #Çanakkale #Meşə yanğınlarına qarşı tədbirlər #2024 dünya meşə yanğınları #meşə itkisi 2024 #Meşə qırılması və iqlim dəyişikliyi #Türkiyə meşə yanğınları 2025 #Meşə yanğınları İyul 2025 #Türkiyə meşə ziyanları 2025 #İzmir meşə yanğınları #Qlobal meşə yanğınları #2023-2024 meşə yanğınları statistikası #Türkiyədə meşə yanğınları\
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Goranboyda sursat anbarında yanğınla müşayiət olunan partlayış olub, xəsarət alan olmayıb (YENİLƏNİB)

    2 Sentyabr 2026 09:32

    İsrail qüvvələrinin Livanın cənubunda yanğınlar törətdiyi bildirilir

    29 Avqust 2026 18:08

    Əlcəzairdə meşə yanğınları niyə nəzarətdən çıxır? 12 nəfər öldü

    27 Avqust 2026 09:49

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    22 Avqust 2026 19:44

    Avropada meşə yanğınları turizm bölgələrini cənginə alıb

    14 Avqust 2026 20:39

    Silivridə başlayan yanğın geniş əraziyə yayılıb, bəzi evlər təxliyə edilib

    13 Avqust 2026 16:57

    Fransanın şimalında meşə yanğını səbəbindən 1 200 nəfər təxliyə olunub

    12 Avqust 2026 21:15

    Kanadada meşə yanğını nəzarətdən çıxıb, minlərlə sakin təxliyə edilir

    8 Avqust 2026 20:24

    Avropadakı meşə yanğınları sığortaya tələbatı artıra bilər

    28 İyul 2026 21:28

    Türkiyə Fransaya yardım göndərdi - Makron türkcə təşəkkür etdi

    28 İyul 2026 13:14

    Fransada meşə yanğınları - 197 mindən çox insan təxliyə edilib

    25 İyul 2026 19:56

    Kanadada meşə yanğınlarının genişlənməsinə nə səbəb olub?

    24 İyul 2026 21:40
    XƏBƏR LENTİ

    Səudiyyə neft sazişindən sərhəd toqquşmalarına: 4 sentyabrda Yaxın Şərqdə nə baş verdi?

    Tarixdə bu gün – 4 Sentyabr

    ABŞ İranda toy mərasiminin vurulması ilə bağlı araşdırma aparır - Cey Di Vens

    İsrail Livanın cənubunda hücumları davam etdirir

    İranın Hörmüz boğazına nəzarəti faktiki olaraq aradan qalxıb - Cey Di Vens

    Qabriel Martinelli “Arsenal”dan Səudiyyə Ərəbistanının “Əl-Hilal” klubuna keçib

    İran hakimiyyətinin devrilməsi İsrailin növbəti əsas vəzifəsidir - Netanyahu

    ABŞ avtomobil istehsalçıları Çin maşınlarının ölkəyə girişinin qadağan edilməsini istəyir

    Fransa və Böyük Britaniya Hörmüz boğazında gərginliyin azaldılmasına çağırıb

    İtamar Ben-Qvir Qəzzadan fələstinlilərin məcburi çıxarılması planını açıqlayıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.