#Çanakkale

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı, meşə qəhrəmanlarının fədakar səyləri sayəsində yanğının tamamilə nəzarət altına alındığını açıqlayıb. Nazir sosial media hesabında bildirib ki, meşələrimizi qorumaq vətəni qorumaqla eyni əhəmiyyətə malikdir və vətəndaşlardan yaşıl vətənin qorunmasında həssaslıq göstərmələri gözlənilir. Qeyd edək ki, Türkiyə Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyinin tabeliyində fəaliyyət göstərən Meşə Baş İdarəsi (OGM) bu il ərzində 5 mindən çox meşə yanğını ilə mübarizə aparıldığını açıqlayıb.

Türkiyənin Çanakkale vilayətinin Gelibolu rayonunda yanğın qeydə alınıb. Yanğına havadan və qurudan müdaxilə edilir. Gelibolu rayonunun Tayfur və Cumalı kəndləri arasında ötən gün yerli vaxtla saat 16:28-də başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik sahələrə yayılan yanğına qarşı mübarizə davam edir.

Türkiyənin Çanakkale vilayətində 3,5 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarəolunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumata əsasən, zəlzələ yerli vaxtla saat 09:01-də (Bakı vaxtı ilə 10:01) baş verib. Yeraltı təkanların ocağı daha əvvəl baş verən 6 bal gücündə zəlzələnin qeydə alındığı Sındırqı rayonunda yerləşib, dərinliyi isə 11,56 kilometr olub.