Türkiyənin Alanya şəhərində meşəlik ərazidə səbəbi hələ məlum olmayan yanğın başlayıb. Küləyin təsiri ilə qısa müddətdə yayılan alovlar başqa məhəllələrinə çatıb. Hadisə ilə bağlı edilən məlumatdan sonra əraziyə Alanya Meşə Təsərrüfatı İdarəsinə bağlı çoxsaylı su maşını (arazöz), ilkin yardım vasitələri və personal, həmçinin yanğınsöndürmə, təcili yardım, jandarma, AFAD və İHH qrupları cəlb olunub. Yanğın səbəbilə Şıhlar məhəlləsindəki evlər boşaldılıb. Məhəllədə yaşayan 7 nəfər yanğınsöndürənlər tərəfindən təhlükəli zonadan uzaqlaşdırılıb.
#Türkiyədə meşə yanğınları\
London İmperial Kollecinin World Weather Attribution qrupuna görə, iqlim dəyişikliyi Türkiyə, Yunanıstan və Kiprdə yanğın şəraitini 10 dəfə artırıb, həddindən artıq istilər və quru bitki örtüyü yanğın riskini gücləndirib. Aralıq dənizi ekosistemləri tez-tez və şiddətli yanğınlar səbəbindən tarazlığı itirir, karbon dövranı pozulur, torpaq eroziyası və su çirklənməsi riski artır. Aİ Mülki Müdafiə Mexanizmi bu yay ən böyük yanğınsöndürmə qüvvələrini səfərbər edib. Tüstü Fransa və Böyük Britaniyaya yayılıb, havanın keyfiyyətini pisləşdirib. Alimlər daha isti və quru iqlim səbəbindən gələcəkdə yanğınların artacağını xəbərdar edir və meşə idarəçiliyi ilə qalıq yanacaq istifadəsinin azaldılmasını tələb edir.
Türkiyənin Bursa vilayətinin Nilüfər rayonunda baş verən meşə yanğını nəzarət altına alınıb. Günorta saatlarında başlayan və qısa müddətdə genişlənən yanğına Bursa Meşə Regional İdarəsinə məxsus yanğınsöndürmə maşınları, xüsusi briqadalar və helikopterlər vasitəsilə havadan müdaxilə olunub.
Türkiyənin Bursa şəhərinin Nilüfər rayonunun Başköy məhəlləsində meşə yanğını baş verib. Hadisə barədə məlumat alan yerli sakinlərin çağırışı ilə əraziyə Bursa Meşə Regional İdarəsinin əməkdaşları cəlb olunub.
Türkiyənin Çanakkale vilayətinin Gelibolu rayonunda yanğın qeydə alınıb. Yanğına havadan və qurudan müdaxilə edilir. Gelibolu rayonunun Tayfur və Cumalı kəndləri arasında ötən gün yerli vaxtla saat 16:28-də başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik sahələrə yayılan yanğına qarşı mübarizə davam edir.
Türkiyənin bir neçə vilayətində baş verən meşə yanğınları nəzarət altına alınıb. Bu barədə Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı bildirib.
İzmirin Buca rayonunda başlayan meşə yanğına hava və quru qüvvələri tərəfindən müdaxilə davam edir. Yanğınla bağlı aparılan istintaqda 3 şübhəli saxlanılıb. İzmirdə dünən başlayan və gecə boyu quru qüvvələri ilə müdaxilə edilən yanğına, günün ilk işıqları ilə hava vasitəsilə müdaxilə yenidən başlayıb. İzmir Meşə Regional İdarəsinə bağlı hava və quru vasitələri ilə yanğınsöndürən briqadaların yanğına müdaxiləsi davam edir.
Türkiyənin Çanakkale vilayətində baş verən yanğın nəzarət altına alınıb. Bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.
Böyükevren kəndində naməlum səbəbdən başlayan yanğın küləyin təsiri ilə Gülçavuş kəndinə doğru yayılıb. Hadisə yerinə Meşə Əməliyyat Müdirliyi, AFAD, İl Xüsusi İdarəsi, yanğınsöndürmə briqadaları və hava vasitələri cəlb olunub. Gün batana qədər havadan və qurudan söndürmə işləri aparılıb, gecə saatlarında isə mübarizə qurudan davam etdirilib.
Türkiyənin Çanakkale vilayətində yanğın qeydə alınıb. Yanğın Çanakkalenin Lapseki rayonuna bağlı Umurbey qəsəbəsində kənd təsərrüfatı sahəsində baş verib. Əsasən meyvə bağlarının yerləşdiyi sahədə alov, küləyin təsiri ilə sürətlə yayılıb.
Türkiyənin Bursa vilayətinin Harmancık və Orhaneli rayonlarında baş verən yanğınlar nəzarət altına alınıb. Bu barədə Türkiyə Kənd və Meşə Təsərrüfatı naziri İbrahim Yumaklı açıqlama verib.
Türkiyənin Bursa vilayətinin Nilüfer rayonunda baş verən meşə yanğını ilə bağlı başlanan istintaq çərçivəsində saxlanılan 5 şübhəlidən biri həbs edilib. Üç azyaşlı ağacəkmə işlərinə cəlb olunub, digər bir azyaşlı barəsində ev dustaqlığı qərarı verilib.