#meşə yanğını\

Türkiyənin kənd və meşə təsərrüfatı naziri İbrahim Yumaklı ölkənin müxtəlif bölgələrində davam edən meşə yanğınları ilə bağlı açıqlama verib. Nazir Aydın vilayətinin Buharkent ərazisində başlayaraq Denizli vilayətinin Buldan rayonuna yayılan yanğının gücünün azaldıldığını bildirib. Onun sözlərinə görə, Bartın vilayətinin Ulus rayonundakı yanğın böyük ölçüdə nəzarət altına alınıb, Aydın vilayətinin Efeler bölgəsindəki yanğının da intensivliyi azaldılıb.

Türkiyənin Bartın vilayətinin Ulus rayonunda meşəlik ərazidə baş verən yanğın nəzarət altına alınıb. Aşağıçerçi kəndi ərazisində başlayan yanğın barədə məlumat verildikdən sonra hadisə yerinə çox sayda yanğınsöndürən briqada və texnika cəlb olunub. Alov və tüstü geniş ərazidə təsirini göstərdiyi üçün yanğına havadan və qurudan müdaxilə edilib. Külək və ərazinin mürəkkəbliyi işləri çətinləşdirib, lakin alovun yayılmasının qarşısını almaq üçün iş texnikası ilə meşəlikdə yol açılıb.

Türkiyənin Bartın rayonunda meşə yanğını qeydə alınıb. Yanğın Bartının Ulus rayonunda baş verib. Əraziyə çox sayda yanğınsöndürən briqadaları və texnika cəlb olunub. Alov və tüstü geniş sahəyə yayılır, yanğının söndürülməsi üçün havadan və qurudan müdaxilə davam edir. Bartın valisi Nurtaç Arslan da hadisə yerinə gələrək vəziyyətlə tanış olub və məsul şəxslərdən məlumat alıb. O, jurnalistlərə açıqlamasında əhalinin təxliyəsinin gündəmdə olmadığını bildirib.

Türkiyənin Hatay vilayətində meşə yanğını qeydə alınıb. Yanğın Hatayın Antakya rayonunda Həbib-i Nəccar dağının ətəklərində yerləşən meşəlik ərazidə baş verib.

Avqust ayındakı yanğınlarda İspaniyada 4 nəfər həyatını itirib. Qalisiya (Ourense, Pontevedra) və Kastiliya və Leon (Zamora, Leon) bölgələri alovların ən çox yayıldığı ərazilərdir. Son 10 gündə yalnız Ekstremadura bölgəsində 17 min hektara yaxın meşə və kənd təsərrüfatı sahəsi yanıb. Ölkə üzrə 2.500-dən çox insan, o cümlədən Leonda 1.523 nəfər evlərindən təxliyə edilib. Onlar hazırda idman zalları, sığınacaqlar və yaxınlarının evlərində yerləşdirilib. İlin əvvəlindən bəri İspaniyada 350 min hektardan çox ərazi məhv olub, bunun 330 min hektarı yalnız avqust ayına təsadüf edir. Yanğınlar səbəbindən doqquz yol bağlanıb, kənd təsərrüfatı və heyvandarlıq sektoru ciddi zərər görüb. La Razon qəzetinin məlumatına görə, yanğınların söndürülməsinə sərf olunan vəsaitin dəyəri 8 milyard avroya, iqtisadi ziyanın miqdarı isə 2 milyard avronu keçib.

Türkiyənin Çorum vilayətində yanğın baş verib. Yanğın Çorum vilayətinin Çalyayla kəndindəki meşəlik ərazidə başlayıb. Çorum Valisi Ali Çalğan, aidiyyəti qurumların bölgəyə göndərildiyini bildirib. Kəndə yanğınsöndürmə və jandarma qüvvələri cəlb edilib.

Türkiyənin Çanakkale vilayətinin Gelibolu rayonunda yanğın qeydə alınıb. Yanğına havadan və qurudan müdaxilə edilir. Gelibolu rayonunun Tayfur və Cumalı kəndləri arasında ötən gün yerli vaxtla saat 16:28-də başlayan və küləyin təsiri ilə Eceabat rayonundakı meşəlik sahələrə yayılan yanğına qarşı mübarizə davam edir.

Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı meşə yanğınları ilə bağlı son durumu açıqlayıb. Nazir bildirib ki, Mersinin Anamur-Silifke, Diyarbəkirin Lice, Adıyamandın Besni, Afyonkarahisarın Bolvadin, Karamanın Ermenek, Çanaqqalanın Bayramiç və İzmirin Urla rayonlarında baş verən yanğınlar tamamilə nəzarət altına alınıb.

Türkiyənin Denizli vilayətinin Acıpayam rayonunda meşə yanğını baş verib. Yanğın meşəlik ərazidə başlayıb. Bölgəyə bir təyyarə, dörd helikopter, 19 yanğınsöndürmə maşını, 11 ilkin müdaxilə avtomobili, üç iş maşını və 121 nəfərlik heyət göndərilib.