Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə ilə rəqabət mümkün deyil - Yunan mətbuatı

    10 İyun 2025 17:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə ilə rəqabət mümkün deyil - Yunan mətbuatı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Türkiyə çox irəlidədir, biz bu savaşa hazır deyilik.

    AzerVoice xəbər verir ki, Yunanıstan mətbuatı Türkiyənin pilotsuz uçuş aparatları (PUA) sahəsində əldə etdiyi texnoloji irəliləyişləri və bu sahədə yaranan ciddi fərqi etiraf edib.

    Yunanıstanın nüfuzlu “Pentapostagma” nəşri Bayraktar TB-3 PUA-sını öz kateqoriyasında lider adlandırıb və Yunanıstan Silahlı Qüvvələrinin bu sahədə geridə qaldığını yazıb.

    Məqalədə qeyd edilir ki, mayın 28-dən iyunun 2-dək TB-3 üzərində aparılan süni intellektlə təchiz edilmiş qalxış və eniş sınaqları uğurla tamamlanıb. Optik xətt izləmə, təyyarədaşıyanın və eniş zolağının aşkarlanması, eniş bucağının qiymətləndirilməsi kimi funksiyalar uğurla sınaqdan keçirilib. Bildirilir ki, TB-3 təyyarəsi 1167 saat səkkiz dəqiqə havada qalaraq, TB-2 ilə əməkdaşlıqda səsdən sürətli raketlərlə dəqiqliklə hədəfləri vurub.

    Qəzet vurğulayıb ki, uzaq məsafədən idarə edilə bilən bu İHA Türkiyənin gücünü artıracaq və kəşfiyyat, müşahidə və hücum funksiyalarını eyni anda yerinə yetirmək imkanına sahibdir.

    Pentapostagma Türkiyə Müdafiə Sənayesi İdarəsi və İxracatçılar Məclisinin məlumatlarına əsaslanaraq Baykar şirkətinin üç il ardıcıl (2021–2023) bu sahədə ixracat lideri olduğunu bildirib. Qeyd olunub ki, 2023-cü ildə 1,8 milyard dollarlıq ixrac həyata keçirən Baykar, Türkiyənin bütün sahələr üzrə ən çox ixrac edən ilk 10 şirkəti arasında yer alıb.

    Başqa bir məqalədə isə Türkiyənin bu sahədə qlobal liderliyindən bəhs edilərək Yunanıstanla arasındakı texnoloji fərqin “uçuruma çevrildiyi” vurğulanıb. Qəzet Yunanıstanın İHA istehsalında hələ başlanğıc mərhələsində olduğunu, bu prosesin isə ən azı 3 il çəkə biləcəyini qeyd edib. Hazırda bürokratik əngəllər və köhnə qanunvericiliyin bu sahədə irəliləyişə əngəl olduğu bildirilir.

    Pentapostagma qəzetinin yekun nəticəsinə görə, Yunanıstan ordusu yeni texnologiyalar üçün hələ hazır deyil və Türkiyə ilə İHA yarışında rəqabət aparmaq mümkün görünmür. “Türkiyə çox irəlidədir. Biz bu savaşa hazır deyilik.” - deyə qeyd olunub.

    #Türkiyə #Türkiyə müdafiə sənayesi #Bayraktar TB3 #Yunanıstan #Türkiyə İxracatçılar Məclisi #PUA #Türkiyə Müdafiə Sənayesi İdarəsi #Türkiyə Yunanıstan münasibətləri #Yunanıstanın müdafiə siyasəti #Yunanıstan Baykar narahatlığı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hörmüz boğazında Yunanıstana məxsus iki neft tankeri hücuma məruz qalıb

    20 İyul 2026 20:40

    Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Türkiyəyə səfər edib

    20 İyul 2026 19:44

    Türkiyədə yeni şadırvan tikintisi üçün tender elan edilib

    20 İyul 2026 16:30

    Bordo Berelilər dünyanın ən güclü xüsusi təyinatlı qüvvələri arasında 4-cü yerdə qərarlaşıb

    19 İyul 2026 19:15

    Baykar və Leonardo yeni texnoloji hədəflərini açıqlayacaq

    19 İyul 2026 19:10

    Türkiyə təhlükəsizlik qüvvələri İŞİD şəbəkəsinə zərbə endirib

    18 İyul 2026 21:20

    Küveyt İranın hücumlarını "son dərəcə təhlükəli eskalasiya" adlandırıb

    17 İyul 2026 19:38

    İsrailin Qəzzaya etdiyi hücumlarda ölən və yaralananlar var

    17 İyul 2026 19:27

    İsrail Qəzzanın şimalına PUA zərbəsi endirib

    17 İyul 2026 19:17

    Ukraynaya son dərəcə səmərəli səfər həyata keçirdik - Hakan Fidan

    17 İyul 2026 11:48

    Türkiyədə 4 mindən çox şagirdin daşınması üçün tender elan olunub

    16 İyul 2026 16:55

    CANiK PRIME RADIAN Türkiyədə satışa çıxarılıb

    16 İyul 2026 16:27
    XƏBƏR LENTİ

    Tramp İranın nüvə obyektlərinə yeni zərbə ehtimalından danışıb

    Şahbaz Şərif İran daxili işlər naziri ilə görüşdə bütün tərəfləri təmkinli olmağa çağırıb

    İran müharibəsi aralıq seçkilərə təsir etməyəcək - Tramp

    Suriya Hizbullahla mübarizədə effektiv ola bilər - Tramp

    Tramp İranın hərbi imkanları barədə danışıb

    Nəbih Berri müharibəyə son qoyulmasını dəstəkləyir - Cozef Aun

    İran dialoq üçün “ümidsiz şəkildə görüşmək istəyir” - Tramp

    İsrail Livanın cənubunda yenidən yerləşdirilmə prosesindədir - Tramp

    ABŞ-İran münaqişəsində uzunmüddətli qarşıdurma riski artır

    Livan Prezidenti Ağon Ağ Evdə Trampla görüşüb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.