#Türkiyə Yunanıstan münasibətləri

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Balıqçılıq Müfəttişliyi İdarəsinin rəsmi internet saytında dərc olunan məhdudiyyətlər və xəritələrlə bağlı yazılı bəyanat yayıb. Bəyanatda Yunanıstanın Ege və Şərqi Aralıq dənizində səlahiyyəti olmayan bəzi ərazilərdə balıqçılığa qadağa zonaları təsis etdiyi və beynəlxalq hüquqa zidd müxtəlif xəritələr yayımladığı bildirilib.

Yunanıstanın Baş naziri Kiryakos Miçotakis Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə 11 fevral 2026-cı il tarixində Türkiyəyə rəsmi səfər edəcək. Səfər Türkiyə-Yunanıstan Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının altıncı iclası çərçivəsində baş tutacaq. Türkiyə Respublikası Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəddin Duranın verdiyi məlumata görə, Ankara şəhərində keçiriləcək iclasda hər iki ölkənin müvafiq nazirləri də iştirak edəcək. Liderlərin rəhbərliyi ilə keçiriləcək görüşlərdə Türkiyə-Yunanıstan münasibətləri bütün aspektləri ilə nəzərdən keçiriləcək.

İsrailin müdafiə naziri İsrail Katz Afinada yunan həmkarı Nikos Dendias ilə bir araya gələrək iki ölkə arasında 3,5 milyard avroluq yeni silah sazişini müzakirə edib. Yunanıstan Müdafiə Nazirliyində baş tutan görüşdə tərəflər hərbi əməkdaşlığın strateji səviyyəyə qaldırılması barədə razılığa gəliblər. Müzakirələrin əsas mövzusu Yunanıstanın Türkiyə ilə quru sərhədində (Meriç), həmçinin Ege və Şərqi Aralıq dənizində "Aşil qalxanı" adı altında 5 fərqli növ silah sisteminin yerləşdirilməsi layihəsi olub. Bu çərçivədə İsrail istehsalı olan "Barak MX", "Davudun sapandçı" və "Spyder" tipli raket sistemlərinin, eləcə də müasir radar avadanlıqlarının alınması prosesinin sürətləndirilməsi qərara alınıb.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis arasında yeni görüşün planlaşdırıldığını açıqlayıb. nazir Fidan tərəflərin bu görüşü fevral ayında, Ramazan ayı başlamazdan əvvəl reallaşdırmaq niyyətində olduqlarını bildirib. Hazırda Prezident Ərdoğanın proqramına uyğun olaraq bir neçə mümkün tarix üzərində iş aparılır. Nazir qeyd edib ki, Türkiyə tərəfi Ege dənizindəki ərazi suları və kontinental şelf məsələləri başda olmaqla bütün mövcud problemlərin köklü həlli üçün masaya oturmağa hazırdır.

Türkiyənin Milli Müdafiə Nazirliyi (MSB) Yunanıstanın bəzi rəsmiləri tərəfindən səsləndirilən gərginliyi artırıcı açıqlamalara münasibət bildirib. Açıqlama, Nazirlikdə keçirilən mətbuat brifinqindən sonra jurnalistlərin suallarına cavab verilərkən verilib. Türkiyə MN rəsmiləri bildiriblər ki, qonşu ölkənin hərbi fəaliyyəti də daxil olmaqla, bölgədəki bütün inkişaflar diqqətlə və yaxından izlənilir. Nazirlik vurğulayıb ki, Egey dənizi də daxil olmaqla regionun sülh və sabitlik bölgəsi olması Türkiyənin əsas prioritetidir və bu istiqamətdə üzərinə düşən məsuliyyətləri yerinə yetirir.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Lüksemburqda keçirilən Avropa İttifaqı (Aİ) Xarici Əlaqələr Şurası çərçivəsində Yunanıstanın xarici işlər naziri Yorgos Gerapetritis ilə görüşüb. Nazirliyin sosial media hesabında yayılan açıqlamaya görə, Fidan və Gerapetritis “Bölgələrarası Təhlükəsizlik” mövzusunda keçirilən nazirlər toplantısı zamanı bir araya gəliblər.

Avramopulos bildirib ki, İstanbulda keçirilən üçtərəfli sammit Türkiyənin hərbi və geosiyasi gücündən səmərəli şəkildə istifadə etdiyini nümayiş etdirib. Onun sözlərinə görə, Yunanıstan yalnız seyrçi rolunda qalmaqla özünün beynəlxalq statusuna və cəmiyyətin psixologiyasına zərbə vurur. “Türkiyəni sadəcə təhdid kimi qəbul etməyimiz regiondakı proseslərdən kənarda qalmağımıza səbəb olur.” - deyə o bildirib.

Afina Aralıq dənizi proseslərindən kənarda qalır, Türkiyə isə gücündən səmərəli istifadə edir. Bu sözləri Yunanıstanın keçmiş xarici işlər naziri Dimitris Avramopulos İstanbulda keçirilən Türkiyə–İtaliya–Liviya Əməkdaşlıq Sammitini şərh edərkən deyib. O Afina hökumətinin Aralıq dənizi ilə bağlı diplomatik proseslərdən kənarda qalmasını tənqid edib.