Bakı,AzerVoice
Kartlı ödəniş sistemləri sahəsində Türkiyənin yerli brendi olan TROY kartların sayı 35 milyona çatıb.
AzerVoice xəbər verir ki, bu ilin birinci yarısında etibarən 2016-cı ildə fəaliyyətə başlayan TROY daxili kartına maraq artmağa başlayıb.
Banklararası Kart Mərkəzinin (BKM) baş direktoru Ozan Deniz açıqlamasında TROY loqosu olan kartların sayının 2023-cü ilin sonuna qədər 25 milyona yüksəldiyini, bu ilin ilk yarısında isə 10 milyon artaraq 35 milyona çatdığını bildirib.
"Hazırda çatdığımız səviyyə ilə 100 milyon TL-dən çox məbləğin ölkəmizdə qalmasını təmin etdik. İnkişafımız davam etdikcə bu faydanın da artacağını deyə bilərəm. 3-5 il ərzində kart sayı və dövriyyə həcmi vasitəsiylə ölkə iqtisadiyyatına edəcəyimiz töhfə milyardlarla TL olacaq. Biz həm dövlət bankları, həm özəl banklar həm də maliyyə qurumları ilə çiyin-çiyinə işləyirik",- deyə Deniz vurğulayıb.
Qeyd edək ki, ilin sonuna qədər bu rəqəmin 50 milyona çatdırılması planlaşdırılır.