Bakı.AzerVoice
Terrorizm təhdidi Türkiyənin gündəmindən tamamilə çıxarılana qədər bu mübarizə qətiyyətlə davam etdiriləcək. Ölkəmiz PKK terrorçularına qarşı mübarizədə həqiqətən də tarixi nailiyyətlər əldə edib.
AzerVoice xəbər verir ki, bu sözləri Prezident Rəcəb Tayyib Ərdoğan Ankaranın Beytəpə rayonunda Türkiyə Jandarma və Sahil Mühafizə Akademiyasının gənc zabit məzunları qarşısında çıxışı zamanı səsləndirib.
Dövlət başçısı bir gün əvvəl Türkiyə təhlükəsizlik qüvvələrinin beynəlxalq axtarışda olan təhlükəli PKK terrorçusunu zərərsizləşdirdiyini xatırladıb. “Biz terrorçuları tökdükləri hər damla qana görə cavab verməyə məcbur edirik. Ankara bu mövqedən geri çəkilməyəcək,” - deyə Ərdoğan vurğulayıb.
Prezident cinayətkarlığın kökünü kəsməyin hər bir ölkənin təhlükəsizlik orqanlarının əsas vəzifəsi olduğunu qeyd edib.