Bakı,AzerVoice
Çinin iki dövlətli həllə verdiyi dəstəyi yüksək qiymətləndiririk və Qəzzada atəşkəs üçün Çinlə birlikdə işləməyə davam edəcəyik.
AzerVoice xəbər verir ki, bu sözləri Türkiyənin Xarici işlər naziri Hakan Fidan çinli həmkarı Vanq Yi ilə keçirdiyi mətbuat konfransı zamanı deyib.
"Çinin iki dövlətli həllə verdiyi dəstəyi təqdir edirik. Xinin sülh konfransı çağırışı son dərəcə əhəmiyyətlidir. İsrailə silah və siyasi dəstək verən bəzi ölkələr bu soyqırıma ortaqdır",- deyə Fidan bildirib.