Bakı,AzerVoice:
Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar Türkiyənin bərpa olunan enerji üzrə dünyada ilk 11, Avropada isə beşinci yerdə olduğunu bildirib.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar X sosial media hesabında paylaşım edib.
"Biz bərpa olunan enerji üzrə dünyada ilk 11-də, Avropada isə ilk beşdəyik. Biz hər il cəmi beş min meqavat əlavə etməklə günəş və külək enerjisində potensial gücümüzü artırmağa davam edəcəyik",- deyə nazir qeyd edib.