Bakı. AzerVoice:
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə bu gün Nazirlər Kabinetinin iclası keçiriləcək.
AzerVoice xəbər verir ki, iclasının əsas gündəliyi iqtisadiyyatdakı son vəziyyət olacaq.
Məlumata əsasən, iclasda hazırlıqları tamamlanmaq üzrə olan 9-cu Məhkəmə Paketi, terrorla mübarizə əməliyyatları, təhsil işçilərinə qarşı zorakılığın qarşısının alınması üçün hüquqi bazanın gücləndirilməsi istiqamətində görülən işlər və Qəzzadakı son vəziyyət də müzakirə ediləcək mövzular arasındadır.