Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    İsrail əməliyyatlarının Qərb Sahilində humanitar böhranı dərinləşdirdiyi bildirilir

    27 İyul 2026 18:26
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    İsrail əməliyyatlarının Qərb Sahilində humanitar böhranı dərinləşdirdiyi bildirilir
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İşğal altındakı İordan çayının qərb sahilində İsrail ordusunun həyata keçirdiyi son hərbi əməliyyatların bölgədə gündəlik həyata ciddi təsir göstərdiyi bildirilir. Yerli mənbələr hərəkət məhdudiyyətlərinin, nəzarət-keçid məntəqələrinin sayının artmasının və tibbi xidmətlərə çıxışın çətinləşməsinin humanitar vəziyyəti daha da ağırlaşdırdığını qeyd edirlər.

    VOA xəbər verir ki, Ramallahda fəaliyyət göstərən jurnalist Sara Əbu Əlrub Al Jazeera telekanalına açıqlamasında bildirib ki, cümə günü başlayan İsrail hərbi əməliyyatları nəticəsində İordan çayının qərb sahilinin şimalı ilə cənubu arasında hərəkət demək olar ki, iflic olub. Onun sözlərinə görə, bölgədə çoxsaylı nəzarət-keçid məntəqələri, maneələr və dəmir qapılar qurulduğundan fələstinlilər bir yaşayış məntəqəsindən digərinə sərbəst gedə bilmirlər.

    Jurnalist iddia edib ki, tətbiq olunan məhdudiyyətlər ciddi humanitar nəticələrə səbəb olur. O, altı aylıq hamilə bir fələstinli qadının təcili yardım avtomobilində hərbi nəzarət-keçid məntəqəsində saxlanıldığını və xəstəxanaya buraxılmadığını bildirib. Onun sözlərinə görə, qadın bu hadisə nəticəsində dölünü itirib.

    Sara Əbu Əlrub beynəlxalq hüquqa əsasən işğalçı qüvvələrin mülki əhalinin təhlükəsizliyini təmin etməli olduğunu desə də, mövcud vəziyyətin bunun əksini göstərdiyini iddia edib.

    İsrail ordusu bu iddialarla bağlı hələlik rəsmi açıqlama verməyib. Məqalədə yer alan məlumatlar və səsləndirilən iddialar müstəqil mənbələr tərəfindən ayrıca təsdiqlənməyib.

    #İsrail #Fələstin #İordan çayının qərb sahili #Beynəlxalq hüquq #Ramallah #Humanitar Vəziyyət #Nəzarət-keçid məntəqələri #Sara Əbu Əlrub
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Almaniya İsrailə rekord həcmdə silah ixracını təsdiqləyib

    27 İyul 2026 19:17

    Tramp ilə görüşdə əsas müzakirə mövzusu İran olacaq - Netanyahu

    27 İyul 2026 18:46

    Livan Prezidenti İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib

    27 İyul 2026 18:42

    Qəzzada BMT məktəbi yaxınlığında mülki şəxslərə hücum edildiyi bildirilir

    27 İyul 2026 18:34

    Trampla görüşdə əsas mövzu İran olacaq - Netanyahu

    27 İyul 2026 16:36

    Netanyahu ABŞ-ın tələblərini rədd edəcək

    27 İyul 2026 10:01

    İsrailin hücumları cənubda yerləşdirilmə prosesinə mane olur - Livan ordusu

    26 İyul 2026 15:56

    İsraillə təhlükəsizlik sazişi üzərində işləyirik, Livana hərbi müdaxilə planımız yoxdur - Əhməd əş-Şəraa

    26 İyul 2026 14:36

    Nablus şəhərində reyd zamanı jurnalistlər gözyaşardıcı qazdan zərər çəkib

    25 İyul 2026 22:35

    Zəvtər əl-Qərbiyyədə axtarış-xilasetmə işləri hansı mərhələdədir?

    25 İyul 2026 22:02

    İsrail ordusu Livanın cənubuna artilleriya zərbələri endirib

    25 İyul 2026 19:37

    Qətər İsrailli məskunlaşmaçıların İordan çayının qərb sahilindəki hücumlarını pisləyib

    25 İyul 2026 19:34
    XƏBƏR LENTİ

    İran Xəzər dənizindəki insidentdən sonra özünü qurban kimi göstərməməlidir - Ukrayna

    Almaniya İsrailə rekord həcmdə silah ixracını təsdiqləyib

    Amerikalıların əksəriyyəti İranla müharibənin gözləniləndən daha çətin keçdiyini düşünür

    İraqdan buraxılan pilotsuz uçuş aparatları zərərsizləşdirilib - Səudiyyə Ərəbistanı

    Brent nefti 8 faiz dəyər itirib

    Tramp ilə görüşdə əsas müzakirə mövzusu İran olacaq - Netanyahu

    Livan Prezidenti İsraili beynəlxalq hüququ pozmaqda ittiham edib

    Qəzzada BMT məktəbi yaxınlığında mülki şəxslərə hücum edildiyi bildirilir

    Nazir Məcnun Məmmədov Türkiyənin Dövlət Su İşləri İdarəsinin Baş direktor müavini ilə görüşüb

    İsrail əməliyyatlarının Qərb Sahilində humanitar böhranı dərinləşdirdiyi bildirilir

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.