Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Yaxın Şərq
    Yaxın Şərq

    Netanyahu ABŞ səfərinə görünməmiş təhlükəsizlik tədbirləri ilə yollanıb

    28 İyul 2026 10:03
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Netanyahu ABŞ səfərinə görünməmiş təhlükəsizlik tədbirləri ilə yollanıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA Orxan Qədirzadə

    İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ-a səfəri öncəsi gücləndirilmiş təhlükəsizlik tədbirləri altında ölkəni tərk edib. İsrail mətbuatının məlumatına görə, mümkün İran təhlükəsi səbəbindən baş nazirin təyyarəsinin uçuş vaxtı və havaya qalxdığı məkan ictimaiyyətə açıqlanmayıb.

    İsrailin Kanal 12 telekanalının yaydığı məlumata əsasən, Netanyahu beş aylıq fasilədən sonra həyata keçirdiyi ABŞ səfəri zamanı standart prosedurlardan kənar təhlükəsizlik tədbirləri tətbiq olunub.

    Məlumata görə, baş naziri daşıyan təyyarə Tel-Əvivdə yerləşən Ben-Qurion Beynəlxalq Hava Limanından deyil, Birüsseba şəhəri yaxınlığındakı Nevatim hərbi hava bazasından havaya qalxıb.

    İddia olunur ki, marşrutun və uçuş detallarının məxfi saxlanılması İran tərəfindən yarana biləcək təhlükələrə qarşı ehtiyat tədbiri kimi həyata keçirilib.

    Bundan başqa, Baş nazir Aparatı adətən olduğu kimi təyyarənin uçuş saatını əvvəlcədən açıqlamayıb. Netanyahu səfərdən əvvəl videomüraciət etsə də, həmin görüntülərin gecikdirilmiş şəkildə yayımlandığı bildirilir.

    İsrail mediasının məlumatına görə, ABŞ səfərində Netanyahunu müşayiət edən jurnalist heyəti də olmayıb. Baş nazir Aparatı məsələ ilə bağlı rəsmi açıqlama verməyib.

    Netanyahunun Vaşinqtonda ABŞ Prezidenti Donald Trump ilə görüşü planlaşdırılır. Baş nazir daha əvvəl bildirmişdi ki, görüşdə İran başda olmaqla regional təhlükəsizlik və digər aktual məsələlər müzakirə olunacaq.

    #Benyamin Netanyahu #Vaşinqton görüşü #İsrail ABŞ münasibətləri #Yaxın Şərq təhlükəsizliyi #Donald Trump #Benyamin Netanyahu ABŞ səfəri #İsrail təhlükəsizlik tədbirləri #Nevatim hərbi hava bazası #Ben-Qurion hava limanı #Netanyahu niyə ABŞ-a gizli şəkildə yola düşdü
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    İran mediasında Trampın ailəsini hədəf alan video paylaşılıb

    28 İyul 2026 09:59

    Netanyahu Tramp qarşısında siyasi təsir imkanlarını nümayiş etdirmək təzyiqi altındadır

    27 İyul 2026 19:42

    Tramp ilə görüşdə əsas müzakirə mövzusu İran olacaq - Netanyahu

    27 İyul 2026 18:46

    Trampla görüşdə əsas mövzu İran olacaq - Netanyahu

    27 İyul 2026 16:36

    Netanyahu ABŞ-ın tələblərini rədd edəcək

    27 İyul 2026 10:01

    Netanyahu gələn həftə Vaşinqtona səfər edəcək

    25 İyul 2026 09:36

    Netanyahu gələn həftə Vaşinqtonda Donald Trampla görüşəcək

    24 İyul 2026 18:44

    İsrail rəhbərliyi yeni hərbi tədbirlər paketini açıqlayıb

    24 İyul 2026 17:41

    Mamdani Nyu-Yorkda Netanyahunu nə üçün həbs edə bilmir?

    23 İyul 2026 14:42

    1300-dən çox İsrailli Əl-Əqsa məscidinə basqın edib

    23 İyul 2026 11:08

    Netanyahu ABŞ-da olduğu müddətdə həbs edilməyəcək - Tramp

    20 İyul 2026 21:52

    Netanyahu hərbi cinayətkardır - Nyu-York meri

    18 İyul 2026 19:02
    XƏBƏR LENTİ

    İordan çayının qərb sahilində zorakılıq dərhal dayandırılmalıdır - BƏƏ

    Pakistan vətəndaşları iyunda Türkiyədə 34 daşınmaz əmlak alıb (ÖZƏL)

    Türkiyədə şəxsi məlumatların internetdə paylaşılması qaydaları dəyişdi

    Ombudsman nümayəndələri Suriyadan repatriasiya olunan Azərbaycan vətəndaşları ilə görüşüblər

    Braziliya maliyyə naziri Argentina prezidentini "təlxək" adlandırıb

    Netanyahu ABŞ səfərinə görünməmiş təhlükəsizlik tədbirləri ilə yollanıb

    İran mediasında Trampın ailəsini hədəf alan video paylaşılıb

    Zelenski ABŞ-də səfərdədir

    Qətəri nə qlobal sülh vasitəçisinə çevirdi? - Pulu yoxsa diplomatik əlaqələri?

    Borc insanı maliyyə baxımından daha intizamlı edə bilərmi?

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.