BAKI,VOA Orxan Qədirzadə
İrana yaxın media orqanlarında ABŞ Prezidenti Donald Trumpın ailəsini hədəf aldığı iddia olunan video yayımlanıb.
Məlumata görə, Tasnim News Agencynin Telegram kanalında paylaşılan videoda ABŞ-ın birinci xanımı Melania Trumpın tez-tez olduğu iddia edilən məkanlar və alış-veriş etdiyi irəli sürülən mağazalar göstərilib.
İddialara əsasən, videonun sonunda Trampın oğlu Barron Trumpa ünvanlanan və "Bizi gözləsin" məzmununda təhdid xarakterli ifadə yer alıb.
Paylaşımın yayılması ABŞ-İran münasibətlərində davam edən gərginlik fonunda diqqət çəkib.
Hazırda İran rəsmiləri tərəfindən video ilə bağlı rəsmi açıqlama verilməyib. ABŞ administrasiyası da məsələ ilə bağlı hələlik münasibət bildirməyib.
Videoda yer alan məlumatların həqiqiliyi və iddia edilən məkanların dəqiqliyi müstəqil mənbələr tərəfindən təsdiqlənməyib.