Bakı. AzerVoice:
İyun ayında Sakarya qaz yatağının cənubunda neft quyusu qazılacaq.
AzerVoice xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar bildirib.
"Sinop, Trabzon və Rize sahillərində axtarış aparılacaq yerləri də müəyyən etdik. Təbii qaza gəlincə, may ayında hasilatı 5 milyon kubmetrə, 2025-ci ilin birinci rübündə isə 10 milyon kubmetrə çatdırmağı hədəfləyirik", - deyə o vurğulayıb.
Qeyd edək ki, Qara dənizdə qaz hasilatı gündəlik 4,5 milyon kubmetrə çatıb.