BAKI,AzerVoice
İstanbulda terror təşkilatı İŞİD-ə qarşı keçirilən əməliyyat nəticəsində 20 nəfər şübhəli şəxs saxlanılıb.
AzerVoice xəbər verir ki, İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri İdarəsi tərəfindən aparılan istintaq çərçivəsində 20 nəfərin İŞİD terror təşkilatı ilə əlaqəli olduğu müəyyən edilib.
Türkiyəyə qarşı mümkün terror aktları planlaşdırdığı ehtimal olunan bu şəxslərin tutulması üçün həbs qərarı verilib.
Onların ünvanlarında aparılan axtarış zamanı bir ədəd qeydiyyatsız silah, ona məxsus iki boş daraq, 86 fişəng, 68 min 700 ABŞ dolları, 75 min türk lirəsi və çox sayda rəqəmsal material ələ keçirilib.
Şübhəlilər ifadə alınması üçün polis idarəsinə aparılıb.