Bakı,
AzerVoice
Türkiyənin 24 şəhərində İŞİD terror təşkilatına qarşı keçirilən
“Gürz-41” və “Gürz-42” əməliyyatlarında bir həftə ərzində 100
şübhəlinin saxlanılıb.
AzerVoice xəbər verir ki, bu barədə
Türkiyənin Daxili İşlər Naziri Ali Yerlikaya sosial media hesabında
məlumat verib.
O, bildirib ki, “Gürz-41” və “Gürz-42” əməliyyatları çərçivəsində
İŞİD terror təşkilatına mənsub 100 şübhəli saxlanılıb. İstanbul və
Ankara daxil olmaqla 24 vilayətdə keçirilən əməliyyatlarda tutulan
şəxslərin təşkilat daxilində fəaliyyət göstərdikləri, İŞİD-ə
maliyyə yardımı etdikləri və sosial şəbəkələrdə terror təşkilatının
təbliğatını apardıqları müəyyən edilib.
Əməliyyatlar zamanı təşkilati sənədlər və rəqəmsal materiallar da ələ keçirilib.