Bakı, AzerVoice
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan, Türkiyəyə səfər edən Seneqal prezidenti Bassirou Diomaye Fayeni Beştepedə keçiriləcək rəsmi mərasimlə qarşılayacaq.
AzerVoice xəbər verir ki, əvvəlcə iki lider arasında baş-başa, daha sonra heyətlərin iştirakı ilə görüşlər təşkil ediləcək.
Görüşlərin ardından Türkiyə və Seneqal arasında müxtəlif sahələrdə əməkdaşlığı gücləndirəcək müqavilələrin imzalanması planlaşdırılır.
İmza mərasimindən sonra iki lider birgə mətbuat konfransı keçirəcək.
Günün sonunda Ərdoğan, Seneqal prezidenti şərəfinə rəsmi axşam yeməyi də verəcək.