#Seneqal

Görüş 11 avqust 2025-ci ildə Ankarada baş tutub. Tərəflər iki ölkə arasında siyasi, iqtisadi və mədəni sahələrdə əməkdaşlığın inkişafı, habelə regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, Türkiyə ilə Seneqal arasında son illərdə ticarət, infrastruktur və müdafiə sənayesi sahələrində əməkdaşlıq layihələri sürətlə inkişaf edir.

Seneqalın Kommunikasiyalar Direktoru Burhanəddin Duranın açıqlamasına əsasən, Sonko 6-11 avqust tarixlərində Türkiyədə rəsmi səfərdə olacaq. Görüşlərdə Türkiyə və Seneqal arasında ikitərəfli əlaqələrin möhkəmləndirilməsi və strateji tərəfdaşlığın dərinləşdirilməsi müzakirə olunacaq. Səfər zamanı həmçinin regional və beynəlxalq məsələlər üzrə fikir mübadiləsi aparılacaq, müxtəlif əməkdaşlıq müqavilələrinin imzalanması planlaşdırılır.

BMT-nin “Fələstin məsələsinin sülh yolu ilə həlli və iki dövlətli həllin reallaşdırılması” mövzusunda təşkil etdiyi Yüksək Səviyyəli Beynəlxalq Konfransın yekun bəyanatı dərc olunub. Bəyanata Türkiyə ilə yanaşı Fransa, Səudiyyə Ərəbistanı, Braziliya, Kanada, Misir, İndoneziya, İrlandiya, İtaliya, Yaponiya, İordaniya, Meksika, Norveç, Qətər, Seneqal, İspaniya, Böyük Britaniya, Avropa İttifaqı və Ərəb Liqası da qoşulub.