Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Qazaxıstan
    Qazaxıstan

    Qazaxıstan 10 ölkədə seçki məntəqələrinin fəaliyyətini dayandırdı

    11 Mart 2026 11:12
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Qazaxıstan 10 ölkədə seçki məntəqələrinin fəaliyyətini dayandırdı
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Fərid Mikayılov

    Qazaxıstan qarşıdan gələn referendumla əlaqədar xaricdə fəaliyyət göstərəcək seçki məntəqələrinin sayını açıqlayıb.

    VOA xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyinin sözçüsü Yerlan Jetibayev martın 10-da keçirilən brifinqdə bildirib ki, referendum zamanı 54 ölkədə yerləşən 71 seçki məntəqəsi fəaliyyət göstərəcək, təhlükəsizlik səbəbilə isə 10 ölkədə 11 seçki məntəqəsinin fəaliyyəti dayandırılıb.

    Nazirlik referendumun təşkili üçün xüsusi qərargah yaradıldığını açıqlayıb.

    Məlumata görə, Yaxın Şərqdə hərbi-siyasi vəziyyətin gərginləşməsi, həmçinin Ukrayna və Efiopiyada təhlükəsizlik səviyyəsinin aşağı olması səbəbindən Qazaxıstanın İran, İsrail, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Livan, Küveyt, Ukrayna və Efiopiyadakı səfirliklərində yerləşən seçki məntəqələri fəaliyyət göstərməyəcək.

    Bundan əlavə, Qazaxıstanın Dubaydakı Baş Konsulluğunda yerləşən seçki məntəqəsi də işləməyəcək.

    Qeyd olunub ki, xaricdə yaşayan 14 min 230 Qazaxıstan vətəndaşı referendumda səsvermə hüququna malikdir.

    Referendum beynəlxalq səviyyədə də geniş diqqət çəkir. Məlumata görə, səsverməni 10 beynəlxalq və regional təşkilatdan 336 müşahidəçi, həmçinin 27 ölkənin Mərkəzi Seçki Komissiyalarının nümayəndələri və Qazaxıstanda akkreditə olunmuş diplomatik korpus üzvləri izləyəcək.

    Eyni zamanda referendumu işıqlandırmaq üçün 31 ölkədən 68 xarici media qurumunu təmsil edən 185 jurnalistin akkreditə olunması gözlənilir.

    #Qazaxıstan #Yaxın Şərq #Qazaxıstan Xarici İşlər Nazirliyi #Yerlan Jetibayev
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Diplomatik böhranlar və hərbi əməliyyatlar: 30 avqustda ərəb dövlətlərində nə baş verdi?

    30 Avqust 2026 03:00

    Misir və İtaliya Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırıb

    29 Avqust 2026 20:48

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Yeni regional razılaşmalar bölgədə yeni mərhələnin başlanğıcı ola bilər - Qalibaf

    29 Avqust 2026 18:30

    İraq Kürdüstanında pilotsuz uçuş aparatı hücumlarından sonra neft hasilatı bərpa olunub

    29 Avqust 2026 18:13

    Diplomatik dönüşlər və terror aktları: 29 avqustda ərəb dövlətlərində nə baş verdi?

    29 Avqust 2026 03:00

    Altı aydır nə strategiya var, nə də müharibənin sonu görünür - ABŞ senatoru

    28 Avqust 2026 22:24

    ABŞ Yaxın Şərqdə 50 mindən çox hərbçi saxlayır

    28 Avqust 2026 21:13

    Livanın cənubunda bir həftədə 1030 mərmi uçuşu qeydə alınıb - BMT

    28 Avqust 2026 20:40

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    Qahirə toplantılarından hərbi əməliyyatlara: Ərəb coğrafiyasında 28 avqust xronikası

    28 Avqust 2026 03:00

    Livanın cənubunda vəziyyət yenidən gərginləşir

    27 Avqust 2026 19:54
    XƏBƏR LENTİ

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    Oman banklarında kreditlər depozitləri üstələyib

    Qətər Qran-prisinə bilet satışı rekord vurur

    Səudiyyə Ərəbistanında 3D çap bazarı 5 dəfə böyüyür

    Həcc və ümrə ziyarətləri Məkkədə otel sektorunu əsas gəlir mənbəyinə çevirib

    Yağış buludların hansı “gizli nöqtəsində” yaranır? Alimlər sirrin izinə düşdü

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.