Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə İranın Ankaradakı səfirinə nota təqdim edib

    9 Mart 2026 22:38
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə İranın Ankaradakı səfirinə nota təqdim edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Orxan Qədirzadə

    İran ərazisindən buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursatla bağlı Ankara rəsmi etirazını Tehrana çatdırıb.

    VOA xəbər verir ki, Türkiyənin Xarici İşlər Nazirliyinə çağırılan İranın Ankaradakı səfiri Məhəmməd Həsən Həbibullahzadəyə baş verən hadisə ilə bağlı Türkiyənin narahatlığı və etirazı bildirilib.

    Diplomatik mənbələrin məlumatına görə, Türkiyə tərəfi səfirdən İran ərazisindən buraxılaraq Türkiyə hava məkanına daxil olan ballistik sursatla bağlı izahat tələb edib.

    Görüş zamanı rəsmi Ankara hadisənin regional təhlükəsizlik baxımından ciddi narahatlıq doğurduğunu vurğulayaraq Tehrana rəsmi etirazını çatdırıb.

    Türkiyənin Milli Müdafiə Nazirliyi daha əvvəl açıqlamışdı ki, İran ərazisindən buraxılan və Türkiyənin hava məkanına daxil olan ballistik sursat NATO-nun Şərqi Aralıq dənizində yerləşdirilmiş hava və raketdən müdafiə sistemləri tərəfindən zərərsizləşdirilib.

    Nazirliyin məlumatına görə, sursatın bəzi qalıqları Türkiyənin Qaziantep vilayətində boş əraziyə düşüb.

    Xatırladaq ki, martın 4-də də İran ərazisindən buraxılaraq Türkiyə istiqamətində hərəkət edən digər ballistik sursatın NATO-nun regiondakı hava və raketdən müdafiə vasitələri tərəfindən zərərsizləşdirildiyi açıqlanmışdı.

    #Türkiyə İranın Ankaradakı səfirinə nota təqdim edib #Ankara İranın ballistik sursatı ilə bağlı etirazını çatdırdı #Türkiyə İran səfirini Xarici İşlər Nazirliyinə çağırdı #İranın buraxdığı ballistik sursat Türkiyə hava məkanına daxil olub #Ankara Tehrandan izahat tələb etdi #Türkiyə İranın ballistik raketi ilə bağlı diplomatik addım atdı #Türkiye İran Büyükelçisi’ne nota verdi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi Tom Barrakı qəbul etdi

    12 İyun 2026 13:43

    İstanbulda Axıska türklərinin deportasiyasına həsr olunmuş sərgi açılır

    12 İyun 2026 11:38

    Ərdoğandan partiya rəhbərliyinə göstəriş: “CHP-ni kənara qoyun, əsas məsələ terrorsuz Türkiyədir”

    12 İyun 2026 10:27

    Tikilən yeni tibbi müəssisə Türkiyəni 1 milyard lirə həcmində idxal xərcindən xilas edəcək - Ərdoğan

    11 İyun 2026 16:35

    ABŞ-İran münaqişəsinin genişlənməsi bizi ciddi narahat edir - Hakan Fidan

    11 İyun 2026 16:25

    İsrail Baş nazirinin sözlərinin heç bir çəkisi yoxdur - Numan Kurtulmuş

    11 İyun 2026 14:46

    Kipr türklərinin təhlükəsizliyinə yönələn təhdidlərin qarşısı alınacaq - Türkiyə MN

    11 İyun 2026 11:26

    Rəcəb Tayyib Ərdoğan: İsrailin hücumları bütün dünyaya təhlükə yaradır, dayandırılmalıdır

    10 İyun 2026 19:23

    İstanbuldan Ankaraya: NATO yeni mərhəə qədəm qoyur

    10 İyun 2026 15:20

    Hakan Fidan Bolqarıstana rəsmi səfər edəcək

    10 İyun 2026 15:02

    Ərdoğan: Ankara NATO sammitinə hazırlığı sürətləndirib

    10 İyun 2026 15:00

    Sabiha Gökçən Hava Limanında sərnişin axını artır: İlk beş ayda 19,3 milyondan çox sərnişinə xidmət göstərilib (ÖZƏL)

    10 İyun 2026 11:10
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 13 İyun

    100-dən çox Britaniya qanunvericisi əmlak satışını təbliğ edən tədbirin ləğvini tələb edib

    Londonda keçiriləcək “Böyük İsrail əmlak tədbiri” qanunsuz hesab olunur

    Azərbaycan–Slovakiya münasibətlərinin cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub

    Qətər baş naziri və Misir xarici işlər naziri ABŞ-İran vasitəçilik səylərini dəstəkləyir

    Fransanın bəzi media qurumlarının Azərbaycana qarşı qarayaxma kampaniyasını qəti şəkildə pisləyirik - MEDİA

    İsveçrə ABŞ-İran Memorandumunun imzası üçün ev sahibliyi təklif edir

    AZAL-ın Naxçıvan reysləri hava şəraiti səbəbindən Bakıya geri qayıdıb

    ABŞ rəsmisi: “İranla razılaşmaya çox yaxınıq”

    İran XİN sözçüsü: Memorandum üzrə son qərar “daxildə veriləcək”

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.