Türkiyənin xarici işlər naziri Hakan Fidanın bu gün Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edəcəyi bildirilib. Nazir Fidanın bölgədəki son hadisələrlə bağlı Səudiyyə Ərəbistanının ev sahibliyi ilə Ər-Riyadda keçirilən toplantıdan sonra BƏƏ-yə gedəcəyi qeyd olunub. Türkiyə Xarici İşlər Nazirliyi səfərlə bağlı yaydığı bəyanatda bildirib ki, cənab nazir 20 mart 2026-cı il tarixində Birləşmiş Ərəb Əmirliklərinə səfər edəcək.
Türk Dövlətləri
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ABŞ, İsrail və İran arasındakı müharibə fonunda Türkiyə-İran sərhəd xəttində bütün zəruri tədbirlərin görüldüyünü açıqlayıb. Nazir bütün sərhəd-keçid məntəqələrinin nəzarət altında olduğunu və hazırda hər hansı bir problemin yaşanmadığını vurğulayıb. Nazir Çiftçi Təhlükəsizlik və Fövqəladə Hallar Koordinasiya Mərkəzində (GAMER) media nümayəndələrinin suallarını cavablandırarkən bildirib ki, müharibə başlayandan bəri sərhədyanı vilayətlərin valiləri ilə daimi təmasdadırlar. O, qeyd edib ki, Türkiyə vətəndaşları İran tərəfindən Türkiyəyə rahatlıqla keçə bilirlər və bu istiqamətdə heç bir məhdudiyyət yoxdur.
Türkiyənin Balıkesir şəhərinin Sındırqı rayonunda 4 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 14,07 kilometr dərinlikdə yerləşib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ramazan bayramı münasibətilə xalqa video müraciətində ölkənin hava məkanının qorunması və milli təhlükəsizliyin möhkəmləndirilməsi istiqamətində atılan addımları diqqətə çatdırıb. Prezident Ərdoğan Yaxın Şərqdəki vəziyyətə toxunaraq, İsrailin atəşkəsi pozması nəticəsində Qəzza, Şərqi Qüds və Cənubi Livanda mülki əhalinin bayramı hücumlar altında qarşıladığını bildirib. O, həmçinin 28 fevralda İsrailin İrana qarşı başlatdığı hücumların və Tehranın cavab zərbələrinin regionda gərginliyi daha da artırdığını qeyd edib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Qətərin Baş naziri və Xarici İşlər naziri Məhəmməd bin Əbdülrəhman Əl Tani ilə keçirdiyi birgə mətbuat konfransında Yaxın Şərqdəki gərginliyə görə birbaşa İsraili ittiham edib. Fidan Ankaranın İrandakı mülki infrastruktura və dinc əhaliyə edilən hücumları qətiyyətlə pislədiyini bildirib.
Türkiyədə ölkədən qaçmağa cəhd edən FETÖ üzvlərinə qarşı əməliyyat keçirilib, 5 nəfər həbs olunub. Vilayət Polis İdarəsinin Kəşfiyyat şöbəsi və Keşan Terrorla Mübarizə Bürosunun əməkdaşları tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Edirnə–Keşan avtomobil yolunda iki nəqliyyat vasitəsi saxlanılıb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Qətərə rəsmi səfər edəcək. Səfər regionda baş verən son hadisələr və təhlükəsizlik məsələlərinin müzakirəsi məqsədi daşıyır. Hakan Fidan bundan əvvəl Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən yüksək səviyyəli görüşdə iştirak edib.
Van İ Türkmən xalqının Milli Lideri, Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun Çin xalqının köhnə dostu olduğunu vurğulayaraq, iki ölkə liderləri arasında formalaşmış qarşılıqlı etimadın və dostluğun strateji tərəfdaşlığın inkişafında mühüm rol oynadığını bildirib.
Türkiyənin Daxili İşlər Nazirliyi son bir həftə ərzində 73 vilayətdə narkotik maddə satıcılarına qarşı keçirilən əməliyyatlar zamanı 1 ton 134,5 kiloqram narkotik vasitə və 412 min ədəd psixotrop tərkibli həb aşkar edilərək götürüldüyünü açıqlayıb.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Kazatomprom” şirkətinin idarə heyətinin sədri Meyirjan Yusupovu qəbul edib və şirkətin 2025-ci il üzrə fəaliyyəti ilə bağlı hesabatı dinləyib. Şirkət rəhbərliyi bildirib ki, dövlət başçısının tapşırıqlarına uyğun olaraq geoloji kəşfiyyat işləri genişləndirilir və ölkənin xammal bazası gücləndirilir. Ümumi sahəsi 1000 kvadrat kilometrdən çox olan altı yeni perspektivli uran yatağı üzrə portfel formalaşdırılıb. 2030-cu ilə qədər geoloji kəşfiyyata yatırımların 75-85 milyard tenge səviyyəsində olması planlaşdırılır.
İraq gündəlik 250 min barel həcmində neft ixracını Türkiyənin Ceyhan limanı vasitəsilə yenidən başladıb. Məlumata görə, dövlətə məxsus Şimal Neft Şirkəti Kərkük yataqlarından neftin Ceyhana nəqlini təmin edən Sarlo nasos stansiyasının fəaliyyətə başladığını açıqlayıb. İlkin mərhələdə ixrac gücü gündə 250 min barel səviyyəsində müəyyən edilib.
Türkiyə Milli Müdafiə Nazirliyi (MSB) Adana İncirlik bazasında keçirdiyi həftəlik mətbuat konfransında regiondakı gərginliklə bağlı mühüm açıqlamalar verib. Nazirliyin mətbuat və ictimaiyyətlə əlaqələr müşaviri, kontr-admiral Zeki Aktürk Türkiyənin hava məkanının və vətəndaşlarının təhlükəsizliyini təmin etmək məqsədilə görülən əlavə tədbirləri diqqətə çatdırıb.