Türk Dövlətləri

Milli Müdafiə Nazirliyinin ötən həftə verdiyi açıqlamaya görə, 2023-cü ildə "NATO Cənub-Şərqi Regional Planı" çərçivəsində "Çoxmillətli Korpus Qərargahı"nın qurulması ilə bağlı işlərə başlanılıb və bu niyyət 2024-cü ildə NATO-ya rəsmən bəyan edilib. Lakin təhlükəsizlik ekspertləri vurğulayır ki, xarici komandanlıq altında hər hansı NATO bölməsinin və ya bazasının qurulması qətiyyən söz mövzusu deyil. Bu cür iddialar "alqı-satqı əməliyyatı" və cəmiyyəti yanlış yönləndirmə cəhdi kimi qiymətləndirilir.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Ankara şəhərində HƏMAS Siyasi Bürosunun Danışıqlar Heyətinin rəhbəri Xəlil əl-Hayya və onu müşayiət edən nümayəndə heyəti ilə bir araya gəlib. Görüş zamanı Qəzzadakı son vəziyyət, İsrailin davam edən hücumları və bölgədəki kəskin humanitar böhranın aradan qaldırılması yolları diqqət mərkəzində olub.

Səudiyyə Ərəbistanı və bir sıra ərəb və İslam ölkələri Qüdsdə ibadət azadlığına qoyulan məhdudiyyətləri kəskin şəkildə pisləyib. Səudiyyə Ərəbistanı, Misir, İordaniya, Pakistan, İndoneziya, Türkiyə, Qətər və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri İsrailin müsəlman və xristianların ibadət hüquqlarını məhdudlaşdırmasını qəti şəkildə rədd etdiklərini bəyan ediblər.

Türkiyə Prezident Administrasiyasının Dezinformasiya ilə Mübarizə Mərkəzi İncirlik hava bazası ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirmədiyini açıqlayıb. Açıqlamada ABŞ-a məxsus B-1B tipli bombardmançı təyyarələrin Adanadakı İncirlik bazasından istifadə etdiyi barədə məlumatların dezinformasiya xarakterli olduğu bildirilib.

İranın xarici işlər naziri Abbas Araqçı ölkəsindən Türkiyə ərazisinə raket atılması barədə yayılan məlumatların tamamilə əsassız olduğunu bəyan edib. Bu barədə nazir türkiyəli həmkarı Hakan Fidan ilə keçirdiyi telefon danışığı zamanı bildirib. Görüş zamanı tərəflər regiondakı son gərginliyi, eləcə də ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi hücumları müzakirə ediblər. Abbas Araqçı xüsusilə təhsil müəssisələrinin, tarixi-mədəni abidələrin və enerji infrastrukturunun hədəf alınmasına diqqət çəkərək, bu cür hərəkətlərin beynəlxalq hüququn təməl prinsiplərinə zidd olduğunu vurğulayıb. O, ABŞ rəsmilərinin İranın istehsalat sahələrinə yönəlik təhdidlərinin cinayət tərkibli olduğunu və beynəlxalq birliyin buna qətiyyətli reaksiya verməli olduğunu qeyd edib.

Türkiyənin xarici işlər naziri Hakan Fidan Fələstin Dövlətinin vitse-prezidenti Hüseyn Şeyx ilə paytaxt Ankarada bir araya gəlib. Görüşdə regional vəziyyət, Fələstin məsələsi və ikitərəfli münasibətlərin inkişafı ilə bağlı məsələlərin müzakirə olunduğu ehtimal edilir.

Türkiyə Xarici İşlər Nazirliyi Livanın cənubunda BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) heyətinə qarşı həyata keçirilən və İndoneziyadan olan üç hərbçinin ölümü, bir çoxunun isə yaralanması ilə nəticələnən hücumları kəskin şəkildə qınayan bəyanat yayıb. Nazirliyin yazılı açıqlamasında hadisə ilə bağlı İndoneziya hökumətinə və xalqına başsağlığı verilib. Bəyanatda vurğulanıb ki, BMT təsisatlarına və sülhməramlı personala qarşı törədilən bu cür hərəkətlər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu cinayətin icraçıları mütləq ədalət qarşısında cavab verməlidirlər.

Türkiyə Statistika Qurumu (TÜİK) 2026-cı ilin fevral ayına dair işçi qüvvəsi göstəricilərini açıqlayıb. Məlumata görə, ölkə üzrə 15 və daha yuxarı yaş qrupunda olan işsizlərin sayı fevralda əvvəlki ayla müqayisədə 133 min nəfər artaraq 2 milyon 981 min nəfərə çatıb. Beləliklə, işsizlik səviyyəsi 0,3 faiz artımla 8,5 faiz təşkil edib. Cinsiyyət bölgüsünə əsasən, işsizlik nisbəti kişilərdə 6,9 faiz, qadınlarda isə 11,6 faiz olaraq müəyyən edilib.

“Baykar İdarə Heyətinin sədri və texnologiya lideri Səlçuk Bayraktar tərəfindən qurulan Fergani Kosmik Texnologiyaları bu peyki 30 mart 2026-cı il tarixində ABŞ-ın Vandenberq Kosmik Qüvvələr Bazasından kosmosa göndərib. SpaceX-in Transporter-16 missiyası çərçivəsində buraxılan peyk, təxminən 66 dəqiqə sonra daşıyıcı raketdən uğurla ayrılaraq 500–520 km hündürlükdə nəzərdə tutulan orbitə yerləşib”- deyə bildirilib.