Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə XİN Livandakı BMT sülhməramlılarına qarşı hücumları pisləyib

    31 Mart 2026 15:42
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə XİN Livandakı BMT sülhməramlılarına qarşı hücumları pisləyib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, VOA, Nailə Babazadə

    Türkiyə Xarici İşlər Nazirliyi Livanın cənubunda BMT-nin Müvəqqəti Sülhməramlı Qüvvələrinin (UNIFIL) heyətinə qarşı həyata keçirilən və İndoneziyadan olan üç hərbçinin ölümü, bir çoxunun isə yaralanması ilə nəticələnən hücumları kəskin şəkildə qınayan bəyanat yayıb.

    VOA xəbər verir ki, nazirliyin yazılı açıqlamasında hadisə ilə bağlı İndoneziya hökumətinə və xalqına başsağlığı verilib. Bəyanatda vurğulanıb ki, BMT təsisatlarına və sülhməramlı personala qarşı törədilən bu cür hərəkətlər beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır və bu cinayətin icraçıları mütləq ədalət qarşısında cavab verməlidirlər.

    Xarici siyasət idarəsi İsrailin Livandakı hərbi fəaliyyətini işğalçılıq kimi xarakterizə edərək, bu addımların regionda müharibənin miqyasının genişlənməsinə və qeyri-sabitliyin daha da dərinləşməsinə yol açdığını bildirib. Türkiyə tərəfi beynəlxalq birliyə müraciət edərək, İsrailin yayılmaçı siyasətinə və hücumlarına son qoyulması üçün təsirli tədbirlər görməyə çağırıb. Açıqlamada qeyd olunur ki, sülhməramlıların hədəf alınması bölgədəki humanitar və diplomatik missiyaların fəaliyyətini ciddi risk altına qoyur.

    Xatırladaq ki, martın 2-də İsrail ordusunun Livanın şimalından atılan raketləri əsas gətirərək başlatdığı genişmiqyaslı hava və dəniz əməliyyatları artıq quru işğalı mərhələsinə keçib. Livan Səhiyyə Nazirliyinin son məlumatlarına görə, hücumlar nəticəsində 1247 nəfər həyatını itirib. Ölkənin Afət İdarəetmə Qurumu isə İsrailin işğalı səbəbindən məcburi köçkünə çevrilən livanlıların sayının 1 milyon 162 min nəfəri keçdiyini rəsmən təsdiqləyib. Paytaxt Beyrut da daxil olmaqla, ölkənin bir çox yaşayış məntəqələri intensiv bombardmanlara məruz qalmaqda davam edir.

    #BMT #Türkiyə XİN #İsrail və Livan münaqişəsi #İsrail-Livan sərhədi #İsrail Livan münasibətləri #Livan-İsrail gərginliyi #Livan-İsrail münasibətləri #Livan-İsrail sərhəd gərginliyi #UNIFIL
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    HƏMAS Qəzzaya hücumları pisləyib, beynəlxalq müdaxilə çağırışı edib

    31 Avqust 2026 22:33

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    31 Avqust 2026 18:33

    İsrailin mövqeyi Cənubi Livanda həll prosesini dalana dirəyir

    29 Avqust 2026 12:06

    Tarixdə bu gün – 29 Avqust

    29 Avqust 2026 00:01

    Dövlətlər artıq bir-birinə etibar etmir - Tokayev

    28 Avqust 2026 16:03

    İsmail Vələd Şeyx Əhməd İslam Əməkdaşlıq Təşkilatının baş katibi seçilib

    27 Avqust 2026 17:26

    Qətər İsrailin BMT agentliyinin obyektinə basqınını pisləyib

    26 Avqust 2026 12:42

    Dünya nizamını formalaşdıran Vestfaliya sülhü barədə nə bilirik?

    25 Avqust 2026 09:00

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    BMT qüvvələri Livanda tərəfləri təxribat xarakterli addımlardan çəkinməyə çağırıb

    20 Avqust 2026 19:40

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Livanda 860 minə yaxın məcburi köçkün evinə qayıdıb, böhran isə davam edir - BMT

    18 Avqust 2026 19:46
    XƏBƏR LENTİ

    Körfəzdə artan PUA və raket təhlükəsi - Qətər hərbi aviasiyasını niyə gücləndirir?

    İran ABŞ hücumlarına cavab əməliyyatına başladığını açıqlayıb

    Qətnamə var icra yoxdur - BMT sisteminin əsas problemi nədir?

    Milli Məclisin sədri Sahibə Qafarova Qana Prezidenti ilə görüşüb

    Küveyt "Gələcək Nəsillər Ehtiyat Fondu"ndan borc götürülməsinə icazə verib

    Tramp İrana xəbərdarlıq edib - Cavab versəniz, daha güclü zərbələr endiriləcək

    Prezident İlham Əliyevin sosial şəbəkə səhifələrində Qırğızıstana səfərindən görüntülər paylaşılıb

    Avropa İttifaqı Livan hərbçilərinin hazırlanması üçün yeni missiya planlaşdırır

    ABŞ İrandakı hədəflərə zərbələr endirməyə başladığını açıqlayıb

    Livanda 350 mindən çox insan hələ də köçkün vəziyyətindədir - BMT

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.