Türk Dövlətləri

Türkiyədə məktəblərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni tədbirlər görüləcək. Türkiyənin milli təhsil naziri Yusuf Tekin Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində yeni qərarların hazırlandığını bildirib.

NATO Baş katibi Mark Rutte Ankaraya səfəri çərçivəsində Türkiyənin aparıcı müdafiə sənayesi şirkətlərindən biri olan ASELSAN-ı ziyarət edib. Məlumata görə, Rutte ASELSAN-da Haluk Görgün və Ahmet Akyol tərəfindən qarşılanıb. NATO rəhbəri çıxışı zamanı bildirib ki, müasir dövrdə yalnız müdafiə xərclərinin artırılması kifayət etmir, əsas məsələ istehsal gücünün genişləndirilməsidir.

2026-ci ilin mart ayında Türkiyənin Ankara Esenboğa Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 13 faiz artaraq, 3 milyon 390 min 245 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 10 faiz artaraq, 2 milyon 526 min 866 nəfər, beynəlxalq reyslər üzrə isə 23 faiz artaraq 863 min 379 nəfər təşkil edib.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Özbəkistana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5,8 faiz azalaraq, 23 milyon 410 min 900 dollara bərabər olub. Türkiyənin 2026-cı ilin mart ayında Özbəkistana tekstil ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 26,4 faiz azalaraq, 7 milyon 73 min 620 dollara çatıb.

Türkiyədə qlobal iqtisadi dəyişikliklərin müzakirə olunduğu “Yüksələn Türkiyə Zirvələri” rəsmi şəkildə fəaliyyətə başlayıb. Kanal 7 Media Qrupu tərəfindən təşkil olunan tədbirin ilk paneli Maliyyə naziri Mehmet Şimşekin iştirakı ilə Fatih Sultan Mehmet Vəqf Universitetində keçirilib. Açılış çıxışını qurumun rəhbəri Zəkəriyyə Karaman edib.

Türkiyəli milli güləşçi Rıza Kayaalp Avropa çempionatlarında 13-cü qızıl medalını qazanaraq tarixi rekorda imza atıb. Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 2026 Avropa Güləş Çempionatında yunan-Roma üslubu üzrə 130 kq çəki dərəcəsində çıxış edən idmançı finalda macar rəqibi Darius Attila Viteki 7:1 hesabı ilə məğlub edib.

Türkiyədə hərbi helikopterin qəzaya uğraması ilə bağlı rəsmi qurumlar araşdırmalara başlayıb. Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasına əsasən, Quru Aviasiya Komandanlığına məxsus CH-47 ağır nəqliyyat helikopteri təlim uçuşu zamanı Ankara şəhərinin Temelli bölgəsində qəzaya uğrayıb.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Türkmənistana elektrik avadanlıqları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,5 faiz artaraq, 45 milyon 441 min 550 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Yunanıstana elektrik avadanlıqları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 14,4 faiz azaldaraq, 17 milyon 728 min 150 dollara çatdırıb.

Şanlıurfa və Kahramanmaraşda baş vermiş məktəb hücumlarından sonra Türkiyənin səksən bir vilayətində həyata keçirilən kiber patrul fəaliyyəti nəticəsində ələ keçirilən şübhəlilərdən yüz yetmiş nəfəri məhkəmə qərarı ilə həbs olunub. Türkiyə Daxili İşlər Nazirliyindən alınan məlumata görə Polis Baş İdarəsi və Daxili Qoşunlar Baş Komandanlığına bağlı kiber cinayətkarlıqla mübarizə bölmələri sosial mediada xalqı kin və düşmənçiliyə sövq edən həmçinin dezenformasiya yayan hesablara qarşı genişmiqyaslı əməliyyatlar keçirib.