Türk Dövlətləri

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstanın Balıqçılıq Müfəttişliyi İdarəsinin rəsmi internet saytında dərc olunan məhdudiyyətlər və xəritələrlə bağlı yazılı bəyanat yayıb. Bəyanatda Yunanıstanın Ege və Şərqi Aralıq dənizində səlahiyyəti olmayan bəzi ərazilərdə balıqçılığa qadağa zonaları təsis etdiyi və beynəlxalq hüquqa zidd müxtəlif xəritələr yayımladığı bildirilib.

2026-ci ilin mart ayında Türkiyənin Antalya Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 5 faiz artaraq, 3 milyon 138 min 499 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 12 faiz artaraq, 1 milyon 491 min 332 nəfər, beynəlxalq reyslər üzrə isə 0,5 faiz azalaraq 1 milyon 647 min 167 nəfər təşkil edib.

2026-ci ilin mart ayında Türkiyənin Sabiha Gökçen Hava Limanına gələn sərnişinlərin sayı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 12 faiz artaraq, 11 milyon 577 min 775 nəfər olub. Nazirlikdən verilən məlumata görə, 2026-ci ilin mart ayında hava limanının daxili reyslər üzrə sərnişin daşıma 2025-ci ilin analoji dövrü ilə müqayisədə 16 faiz artaraq, 5 milyon 34 min 507 nəfər, beynəlxalq reyslər üzrə isə 9 faiz artaraq 6 milyon 543 min 268 nəfər təşkil edib.

Volodimir Zelenski Aİ-nin daha güclü olması üçün yeni üzvlərin qəbulunu təklif edərkən Türkiyənin ittifaq üçün strateji əhəmiyyət daşıdığını ön plana çıxarıb. Zelenski çıxışında əlavə edib ki, Türkiyə ilə yanaşı Ukrayna, Norveç və Böyük Britaniya kimi dövlətlərin də ittifaqda təmsil olunması Aİ-ni daha təsirli geosiyasi gücə çevirə bilər.

Türkiyə Milli Kəşfiyyat Təşkilatının koordinasiyası ilə həyata keçirilən əməliyyat çərçivəsində kibercinayət şəbəkəsinə qarşı genişmiqyaslı tədbirlər görülüb. Əməliyyat Türkiyə Milli Kəşfiyyat Təşkilatı, Kibertəhlükəsizlik İdarəsi, Jandarma Baş Komandanlığı və Maliyyə Cinayətləri Araşdırma Şurasının birgə fəaliyyəti nəticəsində həyata keçirilib. Saxlanılan şəxslər arasında şəbəkənin texniki infrastrukturunu quran və idarə edən əsas fiqurun da olduğu bildirilir.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan məktəblərdə baş verən zorakılıq hallarına qarşı dövlətin qətiyyətli mövqeyini ifadə edərək bildirib ki, hökumət bu cür hadisələrin təkrarlanmaması üçün əlavə təhlükəsizlik tədbirlərini dərhal dövriyyəyə alır. O, silah sahibi olma hüququnun məhdudlaşdırılması istiqamətində hüquqi islahatların aparılacağını və bu sahədə boşluqlara yol verilməyəcəyini vurğulayıb.

Türkiyənin aviasiya nəhəngi TUSAŞ Malayziyanın paytaxtı Kuala-Lumpurda keçirilən "Defence Services Asia (DSA) 2026" beynəlxalq müdafiə sərgisində özünün ən yeni texnologiyaları və layihələri ilə təmsil olunur. Sərgi çərçivəsində Türkiyə və Malayziya arasında müdafiə sahəsində strateji əməkdaşlığın cari vəziyyəti və gələcək perspektivləri müzakirə olunub.

NATO baş katibi Mark Rutte 21-22 aprel tarixlərində Türkiyəyə səfər edəcək. Görüşlərdə regiondakı vəziyyətlə yanaşı, Rusiya-Ukrayna müharibəsi də əsas müzakirə mövzularından biri olacaq. Məlumata görə, Türkiyənin Rusiya və Ukrayna arasında birbaşa danışıqların növbəti mərhələsinə ev sahibliyi etmək istiqamətində səyləri də diqqət mərkəzində olacaq. Bu təşəbbüsün sülh prosesinin yenidən canlandırılmasına yönəldiyi qeyd olunur

Azərbaycanın iştirakı ilə formalaşan yeni enerji marşrutu Avropaya “yaşıl enerji” ixracını sürətləndirir. Layihənin əsasını təşkil edən “Yaşıl dəhliz” təşəbbüsü ilk olaraq 2024-cü ilin may ayında imzalanmış memorandumla başlayıb, daha sonra isə 2024-cü ilin noyabrında Bakıda keçirilmiş COP29 çərçivəsində dövlət başçıları səviyyəsində strateji tərəfdaşlıq sazişi ilə möhkəmləndirilib. Bu sənəd enerji istehsalı ilə yanaşı, onun ötürülməsi istiqamətində də yeni mərhələnin əsasını qoyub.