Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Digər Dövlətlər / Digər Xəbərlər
    Digər Xəbərlər

    Naftali Bennet: İsrail ABŞ-İran razılaşmasını rədd edə bilərdi

    20 İyun 2026 21:08
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Naftali Bennet: İsrail ABŞ-İran razılaşmasını rədd edə bilərdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA,Yusif Şərifzadə

    İsrailin sabiq Baş naziri Naftali Bennet bildirib ki, İsrail ABŞ və İran arasında əldə olunan razılaşmanı qəbul etməyə də bilərdi və lazım gəldikdə ABŞ Prezidenti Donald Trampa "yox" demək mümkündür.

    VOA xəbər verir ki, Bennet bu fikirləri İsrailin "Maariv" qəzetinə bağlı 103FM radiosuna müsahibəsində səsləndirib.

    Sabiq baş nazir Baş nazir Benyamin Netanyahunu tənqid edərək İranla son müharibənin "çox ağır uğursuzluqla nəticələndiyini" deyib.

    Onun sözlərinə görə, İran nüvə proqramını davam etdirir, ballistik raket proqramını inkişaf etdirir və ölkədə mövcud hakimiyyət də yerində qalır.

    Naftali Bennetdən soruşulub ki, əgər hazırda baş nazir olsaydı, Donald Trampın hər hansı tələbini rədd edə bilərdimi.

    O cavabında bildirib ki, əvvəllər də ABŞ-nin keçmiş prezidenti Co Baydenə "yox" deyib.

    Bennet qeyd edib ki, Benyamin Netanyahunun əvvəlki hakimiyyət dövrünün sonlarında Co Bayden Şərqi Qüdsdə fələstinlilər üçün ABŞ konsulluğunun açılmasına təzyiq göstərib və Netanyahu ilkin mərhələdə buna razılıq verib.

    Sabiq baş nazir bildirib ki, vəzifəyə gəldikdən sonra bu təşəbbüsü qəbul etməyib.

    "Co Bayden mənə dedi ki, konsulluq açmaq istəyir. Mən isə cavab verdim ki, Qüds yalnız bir dövlətin – İsrailin paytaxtıdır və mən bu təklifi yalnız rədd edə bilərəm", - deyə Bennet vurğulayıb.

    O əlavə edib ki, dövlət maraqları tələb etdikdə ABŞ-yə də "xeyr" demək mümkündür.

    Qeyd edək ki, iyunun 18-də ABŞ Prezidenti Donald Tramp və İran Prezidenti Məsud Pezeşkian "İslamabad Anlaşma Memorandumu"nu elektron qaydada imzalayıblar. Sənədin ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı müharibənin dayandırılması istiqamətində əsas yaratdığı bildirilir.

    Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, memorandumun imzalanmasının davamı olaraq ABŞ və İran nümayəndələri bazar günü İsveçrənin Bürqenştok bölgəsində texniki səviyyəli danışıqlar keçirəcəklər.

    #İran #Benyamin Netanyahu #Donald Tramp #Co Bayden #Məsud Pezeşkian #nüvə proqramı #Ballistik raket proqramı #Amerika Birləşmiş Ştatları #Naftali Bennet #İslamabad Anlaşma Memorandumu
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    22 Avqust 2026 19:49

    İran “Cənubi Pars”da müharibədə zədələnmiş zavodun 70 faizini bərpa edib

    22 Avqust 2026 18:28

    ABŞ İsrail naminə bölgədəki müttəfiqlərinin təhlükəsizliyini riskə atıb - Qalibaf

    22 Avqust 2026 18:21

    İran eyni vaxtda iqtisadi təzyiq və diplomatik dalanla üzləşib

    22 Avqust 2026 18:14

    Ölkə ərazisinin başqa dövlətlərə hücum üçün istifadəsinə icazə verməyəcəyik - İraq prezidenti

    22 Avqust 2026 18:10

    ABŞ-nin iqtisadi müharibəsi beynəlxalq hüququ pozur - İran XİN

    22 Avqust 2026 11:49

    Düşmənlər İrana qarşı planlarından heç vaxt əl çəkməyəcək - SEPAH

    22 Avqust 2026 10:53

    Qəzzanın milyardlıq büdcəsini kim idarə edəcək?

    22 Avqust 2026 01:41

    Tramp bal zalını “hərbi mərkəz” adlandırır - Layihənin 65 faizi tamamlanıb

    21 Avqust 2026 22:43

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    21 Avqust 2026 21:34

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    21 Avqust 2026 21:31

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    21 Avqust 2026 21:04
    XƏBƏR LENTİ

    Daşkənd Prezident İlham Əliyevin rəsmi səfərinə hazırlaşır

    Kanada ABŞ-yə qarşı cavab tarifləri tətbiq edəcək

    Avropa İttifaqı Serbiyadakı böyük yanğınlara qarşı yardım göndərir

    İsrail ordusu Qəzzanın mərkəzində HƏMAS komandirini öldürdüyünü açıqlayıb

    Suriyadakı hava bazasını Türkiyənin planlarına görə vurduq - İsrail

    İsrail ordusu Suriyanın cənubunda hücum həyata keçirdiyini təsdiqləyib

    Azərbaycan və Özbəkistan arasında yeni əməkdaşlıq sənədləri imzalanıb

    İran rəsmisi Vaşinqtonla mümkün danışıqlara ehtiyatla yanaşmağa çağırıb

    İran “Cənubi Pars”da müharibədə zədələnmiş zavodun 70 faizini bərpa edib

    Əl-Budeyvi beynəlxalq ictimaiyyəti İsrailin məskunlaşma siyasətini dayandırmağa çağırıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.