Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Almaniya Prezidenti Frank-Valter Ştaynmaer ilə telefon görüşməsi keçirib. Kommunikasiya idarəsindən verilən məlumata görə danışıq zamanı Türkiyə Almaniya ikitərəfli münasibətləri ilə yanaşı regional və qlobal proseslər ətraflı şəkildə müzakirə edilib. Prezident Ərdoğan görüşdə Türkiyə ilə Almaniya arasındakı əlaqələrin son dövrlərdə həyata keçirilən yüksək səviyyəli təmaslar sayəsində yaxşı bir sürət qazandığını ifadə edib.
Türk Dövlətləri
Türkiyənin Səhiyyə naziri Kamal Memişoğlu dərman və tibbi ləvazimatlarla dolu altı yük avtomobilindən ibarət yardım konvoyunun aprelin iyirmi dördündə Gürbulak sərhəd keçid məntəqəsi vasitəsilə İrana göndəriləcəyini açıqlayıb. Nazir Memişoğlu sosial media hesabından etdiyi paylaşımda Türkiyənin bir yaxşılıq sivilizasiyası olduğunu və sağlamlığı qorumağın müqəddəsliyinə inandıqlarını ifadə edib.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhanəttin Duran sosial media hesabından etdiyi açıqlamada 2026-cı il NATO Dövlət və Hökumət Başçıları Sammitinə ev sahibliyi edəcəklərindən böyük məmnunluq duyduqlarını bildirib. Duran iyulun yeddisi və səkkizində Ankarada reallaşacaq bu sammitin sadəcə diplomatik bir görüş deyil eyni zamanda qlobal təhlükəsizlik sisteminin gələcəyini müəyyən edəcək kritik bir nöqtə olduğunu vurğulayıb.
Türkiyənin Ağrının şəhərinin Patnos rayonunda 4,3 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Yeraltı təkanların gücü 4,3 maqnituda (Mw) təşkil edib. AFAD-ın açıqlamasına görə, zəlzələ ocağı təxminən 13,43 kilometr dərinlikdə yerləşib.
Türkiyənin Xarici İşlər naziri Hakan Fidan pakistanlı həmkarı Muhammad İshaq Dar ilə telefon görüşməsi keçirib. Xarici İşlər Nazirliyi mənbələrindən əldə edilən məlumata görə danışıq zamanı Amerika Birləşmiş Ştatları və İran arasındakı müzakirələrdə gəlinən son nöqtə ətraflı şəkildə nəzərdən keçirilib.
Qazaxıstanın paytaxtı Astana şəhərində Birləşmiş Millətlər Təşkilatı ilə əməkdaşlıq çərçivəsində təşkil olunan Regional Ətraf Mühit Sammiti işinə başlayıb. Expo Konqres Mərkəzində keçirilən zirvə görüşünün açılış sessiyasında Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə yanaşı Qırğızıstan Özbəkistan Türkmənistan Tacikistan Monqolistan və Ermənistan prezidentləri həmçinin Azərbaycanın Baş naziri Əli Əsədov və Gürcüstanın dövlət başçısı iştirak ediblər.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO rəhbərliyi ilə yüksək səviyyəli görüş keçirib. Məlumata görə, görüşdə Türkiyənin xarici işlər naziri Hakan Fidan, milli müdafiə naziri Yaşar Güler və Prezidentin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak ediblər.
Türkiyənin xarici işlər naziri Hakan Fidan 23-24 aprel tarixlərində Birləşmiş Krallıqa səfər edəcək. Səfər çərçivəsində onun İngiltərənin xarici işlər və inkişaf naziri Yvette Cooper, parlament üzvləri və digər rəsmi şəxslərlə görüşləri planlaşdırılır.
Türkiyə Mərkəzi Bankı aprelin pul siyasəti qərarında uçot dərəcəsini sabit saxlayıb. Türkiyə Cümhuriyyəti Mərkəzi Bankının Pul Siyasəti Komitəsi bir həftəlik repo əməliyyatları üzrə əsas faiz dərəcəsinin 37 faiz səviyyəsində dəyişməz saxlanılmasına qərar verib.
2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Çinə sement ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 21,6 faiz artaraq, 186 milyon 845 min 340 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Çinə sement ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 42,4 faiz artaraq, 79 milyon 641 min 470 dollara çatdırıb.
Türkiyənin maliyyə naziri Mehmet Şimşek qlobal iqtisadi qeyri-müəyyənlik fonunda yeni iqtisadi strategiyanın əsas istiqamətlərini açıqlayıb. “Yüksələn Türkiyə Zirvələri” çərçivəsində çıxış edən nazir dünya iqtisadiyyatında artan gərginliklərin və müharibələrin qlobal bazarlara ciddi təsir göstərdiyini bildirib.
Türkiyədə məktəblərdə təhlükəsizliyin gücləndirilməsi ilə bağlı yeni tədbirlər görüləcək. Türkiyənin milli təhsil naziri Yusuf Tekin Prezident Rəcəb Tayyib Ərdoğanın göstərişi ilə məktəblərdə təhlükəsizlik tədbirlərinin artırılması istiqamətində yeni qərarların hazırlandığını bildirib.