Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / İdman
    İdman

    Türk güləşçi Rıza Kayaalp tarixi rekorda imza atıb

    22 Aprel 2026 10:20
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk güləşçi Rıza Kayaalp tarixi rekorda imza atıb
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Türkiyəli milli güləşçi Rıza Kayaalp Avropa çempionatlarında 13-cü qızıl medalını qazanaraq tarixi rekorda imza atıb.

    VOA xəbər verir ki, Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən 2026 Avropa Güləş Çempionatında yunan-Roma üslubu üzrə 130 kq çəki dərəcəsində çıxış edən idmançı finalda macar rəqibi Darius Attila Viteki 7:1 hesabı ilə məğlub edib.

    Bu qələbə ilə Rıza Kayaalp rusiyalı Aleksandr Karelinlə bölüşdüyü rekordu geridə qoyaraq Avropa çempionatları tarixində ən çox qızıl medal qazanan güləşçi kimi adını idman salnaməsinə yazdırıb.

    Qeyd olunur ki, təcrübəli idmançı Avropa çempionatları tarixində ümumilikdə 15 dəfə finala yüksələrək 13 qızıl və 2 gümüş medal qazanıb. O, 2010–2019, 2021–2023 və 2026-cı illərdə çempion olub, 2011 və 2024-cü illərdə isə gümüş medalla kifayətlənib.

    Yarış boyu inamlı çıxış edən Rıza Kayaalp 1/8 finalda erməni Albert Vardanyanı, 1/4 finalda rusiyalı Marat Kamparovu məğlub edib. Yarımfinalda isə belaruslu Pavel Hlinçuk qayda pozuntusuna görə diskvalifikasiya olunub.

    Məlumata görə, idmançının karyerasında 5 dünya çempionluğu və Olimpiya Oyunlarında 3 medal (1 gümüş, 2 bürünc) da yer alır.

    Türkiyənin gənclər və idman naziri Osman Aşkın Bak sosial media paylaşımında idmançını təbrik edərək onun uğurunu yüksək qiymətləndirib.

    #Yunan-Roma güləşi #Avropa çempionatı #Rıza Kayaalp #güləş rekordu #Tirana 2026 #idman nailiyyəti #Rıza Kayaalp 13-cü Avropa çempionluğu #2026 Avropa güləş çempionatı nəticələri #Rıza Kayaalp rekord qələbəsi #yunan Roma güləşi 130 kq final
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Güləş üzrə Azərbaycan çempionatına yekun vurulub

    11 Yanvar 2026 17:34

    Güləş üzrə Azərbaycan çempionatına start verilib

    7 Yanvar 2026 20:58

    Azərbaycan boksçusu Avropa çempionu oldu

    29 Noyabr 2025 16:01

    Gəncə Avropa çempionatına ev sahibliyi edir (FOTO)

    9 Noyabr 2025 22:18

    Azərbaycan şahmatçıları Avropa çempionatında Ermənistana qalib gəlib

    10 Oktyabr 2025 21:48

    Cüdoçumuz Avropa çempionu oldu

    4 Sentyabr 2025 18:36

    Güləşçimiz erməni rəqibini məğlub edərək dünya çempionu oldu

    22 Avqust 2025 21:53

    FIFA “Çelsi”ni birbaşa Klublararası Dünya Çempionatına göndərə bilər

    8 Avqust 2025 20:01

    İngiltərə qadınlardan ibarət milli komandası Avropa çempionu olub

    28 İyul 2025 11:31

    Millimiz 6 medalla Avropa ikincisi oldu

    3 İyul 2025 11:00

    Güləşçimiz Avropa çempionu olub

    2 İyul 2025 22:56

    Yığmamız yunan-Roma güləşi üzrə Avropa çempionatında 1 qızıl və 2 bürünc medal qazanıb

    10 İyun 2025 22:12
    XƏBƏR LENTİ

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Ya bütün region müharibədən kənarda qalacaq, ya da münaqişə hamını əhatə edəcək - Qalibaf

    İrana qarşı dəniz blokadası bərpa olunduqdan sonra doqquz gəminin marşrutu dəyişdirilib - ABŞ

    Körfəz Əməkdaşlıq Şurası İranın hücumlarını pisləyib

    Tramp süni intellekt məlumat mərkəzlərinin elektrik xərcləri ilə bağlı yeni təşəbbüs açıqlayacaq

    Lavrovun media dialoqu təşəbbüsü anti-Azərbaycan kampaniyasını dayandırmayacaq - Rufiz Hafizoğlu

    Qanalı vətəndaşlar Cənubi Afrikadakı ksenofob zorakılıqla bağlı BCM-yə müraciət ediblər

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.