Türk Dövlətləri

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Türkmənistana hazır geyim ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 58,9 faiz artaraq, 6 milyon 836 min 160 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Türkmənistana hazır geyim ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 78,6 faiz artıraraq, 2 milyon 855 min 63 dollara çatdırıb.

Türkiyə, Misir, İordaniya, İndoneziya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərinin xarici işlər nazirləri birgə bəyanat yayıblar. Bəyanatda İsrailin Qüdsdə müsəlman və xristian müqəddəs məkanlarının tarixi və hüquqi statusuna qarşı təkrarlanan pozuntuları, xüsusilə İsrail rəsmiləri və məskunlaşanların polis müşayiəti ilə Məscidül-Əqsaya daxil olması və ərazidə İsrail bayrağının qaldırılması qınanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan iyirmi üç aprel Milli Suverenlik və Uşaq Bayramı ilə yanaşı Türkiyə Böyük Millət Məclisinin açılışının yüz altıncı ildönümü münasibətilə keçirilən rəsmi qəbulda iştirak edib. Parlament sədri Numan Kurtulmuşun ev sahibliyi etdiyi tədbirdə dövlət başçısı gündəmdəki mühüm məsələlərlə bağlı jurnalistlərin suallarını cavablandırıb.

Türkiyə Respublikası ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı arasında strateji tərəfdaşlığı möhkəmləndirməyi və yaxın dialoqla güclənən əməkdaşlığın əhatə dairəsini genişləndirməyi hədəfləyən Strateji Tərəfdaşlıq Çərçivə Sənədi imzalanıb. Türkiyənin Xarici İşlər naziri Hakan Fidan Londona səfəri çərçivəsində britaniyalı həmkarı Yvett Kuper ilə bir araya gəlib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Beştəpə Millət Konqres və Mədəniyyət Mərkəzində təşkil olunan 48-ci Beynəlxalq 23 Aprel Uşaq Şənliyinin qala proqramında çıxış edib. Dövlət başçısı dünya uşaqlarını Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edərək onlara sülh və xoşbəxtlik dolu bir həyat arzulayıb. Ərdoğan çıxışında bölgədə davam edən müharibələrin və zülmlərin ən ağır yükünü fələstinli və livanlı uşaqların çəkdiyini vurğulayaraq onlara xüsusi sevgi və salamlarını göndərib.

Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsi nəzdində fəaliyyət göstərən Dezinformasiya ilə Mübarizə Mərkəzi iyirmi üç aprel Milli Suverenlik və Uşaq Bayramı şənlikləri zamanı Türk bayrağına hörmətsizlik edildiyi barədə sosial mediada yayılan iddiaların tamamilə yalan olduğunu bildirib. Mərkəzin rəsmi açıqlamasında Kocaeli vilayətinin Körfəz rayonunda yerləşən Alparslan Türkeş stadionundakı proqram çərçivəsində nəhəng bayram xoreoqrafiyasının nümayiş olunduğu qeyd edilib.

2026-ci ilin yanvar-mart ayında Türkiyədə Qazaxıstan kapitalı ilə 8 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 4 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan Qazaxıstan şirkətlərinin məcmu kapitalı 2 milyon 920 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 7 milyon 185 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

Türk Aviasiya və Kosmos Sənayesi (TUSAŞ), "GÖKVATAN" jurnalının 144-cü sayında Milli Döyüş Təyyarəsi KAAN layihəsinə dair mühüm texniki detalları paylaşıb. “İlk uçuşun yerdəki məşqi: Tam ölçülü statik sınaq” başlığı ilə təqdim olunan məqalədə KAAN-ın uçuşdan əvvəlki ən kritik mərhələlərindən biri olan statik sınaq prosesi hərtərəfli şəkildə ələ alınıb.

Malayziya Müdafiə Nazirliyi donanmanın modernləşdirilməsi çərçivəsində həyata keçirilən raket satınalmaları ilə bağlı maliyyə detallarını açıqlayıb. Verilən məlumata görə, Türkiyədən tədarük ediləcək 24 ədəd Roketsan istehsalı olan ATMACA gəmiəleyhinə raketi üçün 79,5 milyon avro ödəniş ediləcək.

2026-ci ilin yanvar-mart ayında Türkiyədə ABŞ kapitalı ilə 15 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3 şirkət azdır. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan ABŞ şirkətlərinin məcmu kapitalı 9 milyard 58 milyon 243 min 500 türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 7 milyon 450 min türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.