Türk Dövlətləri

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda hafizlik təhsilini başa vuran tələbələr üçün təşkil edilən mərasimdə iştirak edib. Mərasim Çamlıca Camii məscidində keçirilib. Tədbirdə Milli Təhsil İdarəsinə bağlı imam-hatib məktəbləri və müftiliyə bağlı Quran kurslarında təhsil alan 333 tələbəyə hafizlik icazəsi verilib.

Semih Yalçın sosial media hesabında açıqlama yayaraq Milliyyətçi Hərəkat Partiyasının Bingöl İl Təşkilatının partiya nizamnaməsinin müvafiq maddələrinə əsasən buraxıldığını bildirib. Onun sözlərinə görə, qərar partiya nizamnaməsinin 52-ci və 54-cü maddələrinin verdiyi səlahiyyət çərçivəsində, 34-cü maddəyə uyğun olaraq qəbul edilib.

Formula 1 yarışları uzun fasilədən sonra yenidən Türkiyəyə qayıdır və İstanbul Park yenidən qlobal idman xəritəsində ön plana çıxır. Türkiyə Qran-prisi 2027-ci ildən etibarən ən azı 5 il müddətinə Formula 1 təqviminə daxil ediləcək. Yarışların İstanbul Park trasında keçirilməsi planlaşdırılır. Bu tras daha əvvəl 2005–2011-ci illərdə, eləcə də 2020 və 2021-ci illərdə Formula 1 mərhələlərinə ev sahibliyi edib.

“Baykar tərəfindən milli və yerli imkanlarla hazırlanmış yeni nəsil kamikadze pilotsuz uçuş aparatı (PUA) K2 və “Sivrisinek” dolanan sursatı Keşanda keçirilən demo tədbirində gələcəyin döyüş konsepsiyasını nümayiş etdirdi”. Testlər zamanı süni intellekt dəstəkli sürü avtonomiyası, GNSS-dən müstəqil naviqasiya, avtomatik hədəf aşkarlanması və zərbə imkanları təqdim olunub. K2 Kamikadze PUA və “Sivrisinek” ilk dəfə 5–9 may tarixlərində keçiriləcək SAHA 2026 sərgisində nümayiş olunacaq.

2026-ci ilin yanvar-mart ayında Türkiyədə Türkmənistan kapitalı ilə 49 şirkət qeydiyyata alınıb ki, bu da 2025-ci ilin eyni dövrü ilə müqayisədə 28 şirkət çoxdur. “Hesabat dövründə Türkiyədə qeydiyyata alınan İran şirkətlərinin məcmu kapitalı 37 milyon 50 min türk lirəsi olduğu halda, 2025-ci ilin eyni dövründə bu rəqəm 17 milyon türk lirəsi təşkil edib”, – deyə TOBB-dan bildirilib.

İspaniyanın aerokosmik şirkəti Airtificial ilə Türk Aviasiya və Kosmos Sənayesi arasında “Hürjet” təlim təyyarəsi üçün uçuş idarəetmə sistemlərinin istehsalına dair 16 milyon avrodan artıq dəyərdə müqavilə imzalanıb. Çatdırılmaların növbəti beş il ərzində mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır. Şirkət daha əvvəl də bu proqram çərçivəsində məhdud həcmli layihələrdə iştirak etdiyini və yeni müqavilə ilə ilk tədarüklərə başladığını bildirib.

Şərqi Aralıq dənizində səhər saatlarında 5.9 bal gücündə zəlzələ qeydə alınıb. Məlumata görə, yeraltı təkanların episentri Krit adası yaxınlığında yerləşib və zəlzələ 7 kilometr dərinlikdə baş verib. Sarsıntı Yunanıstanın müxtəlif bölgələrində, eləcə də Türkiyənin Muğla vilayətinin Datça rayonunda hiss olunub.

Yardım karvanının Ağrı vilayətinin Doğubayazıt rayonunda yerləşən Gürbulak sərhəd-keçid məntəqəsi vasitəsilə İrana çatdırılması planlaşdırılır. Van Səhiyyə İdarəsinin rəhbəri Məhəmməd Tosun bildirib ki, bu təşəbbüs müxtəlif bölgələrdən toplanan tibbi vasitələrin koordinasiyalı şəkildə çatdırılmasını təmin etmək məqsədi daşıyır. Onun sözlərinə görə, daha əvvəl də 3 yük maşını ilə yardım göndərilib və son göndərişlə birlikdə ümumi yardım sayı 9 maşına çatır.

2026-cı ilin yanvar – mart aylarında Türkiyədən Qırğızıstana kimyəvi maddə məhsulları ixracı 2025-ci ilin eyni dövrü ilə müqayisədə 3,9 faiz artaraq, 23 milyon 156 min 69 dollara bərabər olub. Türkiyə 2026-cı ilin mart ayında Qırğızıstana kimyəvi maddə məhsulları ixracını 2025-ci ilin eyni dövrü ilə müqayisədə 0,3 faiz azaldaraq, 9 milyon 472 min 81 dollara çatdırıb.