Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Səudiyyə
    • BƏƏ
    • Qətər
    • Arab+
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri / Türkiyə
    Türkiyə

    Türkiyə məktəb təhlükəsizliyi modelini yenidən qurur - 7 pilləli planda nələr var?

    23 Aprel 2026 11:59
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türkiyə məktəb təhlükəsizliyi modelini yenidən qurur - 7 pilləli planda nələr var?
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA, Orxan Qədirzadə

    Türkiyədə məktəblərdə təhlükəsizlik sisteminin tam yenilənməsi ilə bağlı yeni model açıqlanıb.

    VOA xəbər verir ki, daxili işlər naziri Mustafa Çiftçi son dövrlərdə məktəblərə qarşı baş verən hücumlardan sonra 7 pilləli təhlükəsizlik modelinin tətbiq ediləcəyini bildirib.

    Nazirin sözlərinə görə, ilk mərhələdə məktəblərdə risk analizi və təhlükə qiymətləndirilməsi tam şəkildə yenilənəcək və mövcud sistem yenidən qurulacaq.

    Yeni model çərçivəsində məktəblərin giriş-çıxışlarında və ətraf ərazilərdə fiziki təhlükəsizlik tədbirləri gücləndiriləcək, nəzarət mexanizmləri sərtləşdiriləcək.

    Bildirilib ki, hüquq-mühafizə orqanları ilə koordinasiya artırılacaq və məktəblərlə yaxın polis bölmələri arasında erkən xəbərdarlıq sistemi qurulacaq.

    Modelin mühüm hissələrindən biri də psixoloji nəzarət mexanizmləridir. Məlumata görə, risk qrupuna daxil olan şagirdlər cəmiyyət sağlamlıq mərkəzləri vasitəsilə mütəmadi izlənəcək.

    Eyni zamanda, daxili işlər qurumlarına bağlı virtual patrul qrupları sosial media və onlayn oyun platformalarında uşaqları mümkün təhlükələrdən qorumaq üçün monitorinq aparacaq.

    Qeyd olunub ki, Təhsil, Səhiyyə və Ailə məsələləri üzrə qurumlar arasında məlumat mübadiləsi gücləndiriləcək və vahid koordinasiya sistemi yaradılacaq.

    Bundan əlavə, məktəblərdə təhlükəsizlik mövzusunda maarifləndirici tədbirlər, seminar və təlimlərin keçirilməsi nəzərdə tutulur.

    Analitiklər hesab edir ki, yeni model təhlükəsizlik yanaşmasının kompleks və çoxsəviyyəli şəkildə yenidən qurulmasına yönəlib.

    #Məktəb təhlükəsizliyi #7 pilləli model #Türkiyədə məktəblərdə yeni təhlükəsizlik modeli 2026 #7 pilləli məktəb qoruma sistemi necə işləyir #Mustafa Çiftçi məktəblərlə bağlı açıqlama #məktəblərdə risk analizi və nəzarət sistemi #uşaqlar üçün sosial media təhlükəsizlik tədbirləri #təhsil müəssisələrində təhlükəsizlik islahatı
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    31 Avqust 2026 18:58

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    31 Avqust 2026 18:49

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    31 Avqust 2026 18:26

    Ərdoğan Bişkekə gedir

    31 Avqust 2026 09:38

    Məkkə müdafiə sazişinin ilk iclasında hansı məsələlər müzakirə ediləcək?

    31 Avqust 2026 09:00

    Dubaydan sonra İstanbul: Məşhur brendin Yaxın Şərq və Türkiyə xətti

    30 Avqust 2026 18:49

    Türkiyədə məktəblərdə kamera və təcili çağırış sistemləri qurulacaq

    25 Aprel 2026 13:50

    Yusuf Tekin uşaqların təhlükəsizliyi planını açıqladı - Planda nələr var?

    24 Aprel 2026 11:54

    Türkiyədə məktəblərdə təhükəsizlik tədbirləri artırılacaq

    22 Aprel 2026 14:58

    Kahramanmaraşda məktəb faciəsinin qurbanları dəfn olunub

    16 Aprel 2026 16:04

    Türkiyədə 9 nəfəri öldürən şagirdin atasının ifadəsi açıqlanıb

    16 Aprel 2026 15:43

    Bir yeniyetməni caniyə çevirən nədir - Valideyn nəzarətsizliyi, yoxsa qaranlıq ideologiyalar?

    16 Aprel 2026 09:16
    XƏBƏR LENTİ

    Müharibə tərəfləri bölgəni məhv edən prosesi davam etdirir - Hakan Fidan

    Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Bişkekdə 6-cı Dünya Köçəri Oyunlarının açılış mərasimində iştirak edirlər

    Netanyahu beynəlxalq təhlükəsizlik üçün təhdiddir - Hakan Fidan

    İran rəhbərliyi ölkəni idarə edə bilmir - Tramp

    İordan çayının qərb sahilində yüzlərlə bina dağıdılıb - BMT

    Tramp Hörmüz boğazını ABŞ ərazisinə çevirməyi xəyal belə edə bilməz - İran

    Hakan Fidan İstanbul görüşündən sonra açıqlama verib

    Hindistan İranla ticarət əlaqələrini genişləndirmək istəyir - Modi

    Qəzzada ölənlərin sayı artıb

    ABŞ-də müharibənin davam etməsini istəyən qüvvələr var - Məsud Pezeşkian

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.