Türk Dövlətləri

İstanbulda keçirilən və regionun ən böyük müdafiə sənayesi platformalarından biri hesab olunan SAHA EXPO 2026 sərgisi bu il Türkiyənin hərbi texnologiyalar sahəsində əldə etdiyi ən yeni nailiyyətlərin nümayişinə çevrildi. Sərgidə Türk Silahlı Qüvvələrinin (TSK) istifadəsinə verilməsi planlaşdırılan və gələcək döyüş konsepsiyalarını dəyişdirmə potensialına malik yeni nəsil silah sistemləri geniş şəkildə təqdim olundu.

“Balkan” gəmiqayırma və təmir zavodunda inşa edilən “Gadamlı” adlı ilk quru yük gəmisi rəsmi mərasimdən sonra ilk səfərinə yola salınıb. Bildirilib ki, “Gadamlı” beynəlxalq standartlara uyğun şəkildə inşa olunub. Gəminin yükdaşıma qabiliyyəti 6 min 100 ton təşkil edir. Müasir naviqasiya və yüksək texnologiyalı avadanlıqlarla təchiz olunan gəmidə 14 nəfərlik peşəkar heyət xidmət göstərir.

Donald Trampın ABŞ və İsrailin İrana qarşı müharibəsi üçün gətirdiyi çoxsaylı əsaslandırmalar arasında Tehranın nüvə silahı hazırlamasının qarşısını almaq məqsədi dayanırdı. Pakistanın himayəsi ilə keçirilən danışıqlar İslam Respublikasının öz nüvə proqramına dair müəyyən məhdudiyyətlərlə razılaşmasına səbəb olsa da, nüvə tərksilahına dair uzunmüddətli öhdəlik hələ də uzaq görünür. Əksinə, İran rəhbərliyi belə bir qənaətə gəlib ki, nüvə silahına sahib olmaq rəqiblərini gələcək hücumlardan çəkindirəcək və bu, onları nüvə bombası əldə etməyə sövq edib. Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Mariano Qrossinin aprelin ortalarında "The Economist" jurnalına verdiyi müsahibədə nüvə silahlarının yayılmasından ciddi narahatlıq keçirdiyini bildirməsinin səbəblərindən biri də budur. Nəticə etibarilə, əgər İran nüvə silahı əldə etməyə can atarsa, onun Yaxın Şərqdəki qonşuları da eyni yolu izləyə bilər.

Türkiyənin müdafiə sənayesi şirkəti BMC təhlükəsizlik qüvvələri üçün hazırladığı zirehsiz “PAMİR 4x4” yük və şəxsi heyət daşıma vasitəsini ilk dəfə SAHA 2026 sərgisində təqdim edib. Şirkətin İdarə Heyətinin sədri Fuat Tosyalı bildirib ki, yeni nəqliyyat vasitəsi sahədə yaranan operativ ehtiyaclara cavab vermək üçün hazırlanıb və bütün sınaqları tamamlayaraq təhvilə hazır vəziyyətə gətirilib.

Uqanda Müdafiə Qüvvələrinin yüksək rütbəli komandirlərindən biri Muhoozi Kainerugabanın Türkiyəyə dair sosial şəbəkə paylaşımı beynəlxalq diqqətə səbəb olub. O, X platformasında etdiyi açıqlamada Türkiyə haqqında yazmağı dayandırdığını bildirərək, “bir neçə paylaşım ilə onları fəth etdim” kimi ifadələr işlədib. Bu sözlər xüsusilə diplomatik çevrələrdə qeyri-adi və provokativ bəyanat kimi qiymətləndirilir.

İraq hökuməti hava hücumlarından müdafiə imkanlarını gücləndirmək məqsədilə Türkiyədən 20 ədəd hava müdafiə sistemi almaq üçün razılığa gəlib. Bağdad rəhbərliyi xüsusilə neft yataqlarını, diplomatik nümayəndəlikləri və strateji obyektləri qorumaq üçün Türkiyə müdafiə sənayesi məhsullarını seçib.

Malatya mərkəzli olmaqla Türkiyənin 17 vilayətində FETÖ-yə qarşı əməliyyat keçirilib. Əməliyyat Malatya Baş Prokurorluğunun koordinasiyası ilə Milli Kəşfiyyat Təşkilatı və polis idarələrinin əməkdaşları tərəfindən həyata keçirilib. Əməliyyatlar Adana, Ankara, İstanbul, İzmir və digər vilayətlərdə təşkil olunub.