Məlumata görə, Hakan Fidan ilk olaraq Qətər əmiri Təmim bin Həməd Al Tani tərəfindən qəbul edilib. Görüşdə Türkiyədə keçirilməsi planlaşdırılan Yüksək Strateji Komitə toplantısının hazırlıqları da nəzərdən keçirilib. Qeyd olunub ki, görüşlərdə Qəzza, Livan və İsrail-Fələstin məsələləri də əsas gündəm mövzularından biri olub. Türkiyə və Qətər bölgədə sabitliyin qorunması və humanitar vəziyyətin diqqətdə saxlanmasının vacibliyini vurğulayıblar.
Türk Dövlətləri
Türkiyə beynəlxalq biznes üçün əlverişli investisiya mühiti yaradaraq regionun əsas iqtisadi və maliyyə mərkəzlərindən biri statusunu daha da möhkəmləndirir. Bu barədə Türkiyə Prezident Administrasiyasının İnvestisiya Ofisinin rəhbəri Əhməd Burak Dağlıoğlu Türkiyə-Belçika biznes forumunda çıxışı zamanı bildirib.
Rəcəb Tayyib Ərdoğan Qalatasarayın prezidenti Dursun Özbek və baş məşqçisi Okan Buruk ilə telefonla əlaqə saxlayaraq komandanın çempionluğunu təbrik edib. Görüş zamanı prezident komandanın göstərdiyi performansı yüksək qiymətləndirib və əldə olunan uğura görə klub rəhbərliyini və texniki heyəti təbrik edib.
İstanbul Polis İdarəsinin Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin həyata keçirdiyi əməliyyat nəticəsində şübhəlilərin yaralama, obyektlərin güllələnməsi və hədə-qorxu ilə talama faktlarına qarışdıqları müəyyən edilib. Araşdırma zamanı onların Eyüpsultan, Üsküdar, Bağcılar və Ataşehir rayonlarında müxtəlif cinayət əməllərində iştirak etdikləri bildirilib.
Türk Hava Yollarının İstanbul–Katmandu reysini həyata keçirən Airbus A330 tipli təyyarəsi enişdən sonra texniki nasazlıq səbəbindən təxliyə olunub. Təyyarə eniş etdikdən sonra şassi hissəsində tüstü müşahidə edilib. Nəzarət qülləsinin göstərişi ilə sərnişinlərin təhlükəsizliyi məqsədilə təyyarə ehtiyat tədbiri olaraq boşaldılıb.
Belçikanın Kraliçası Mathilda Türkiyəyə rəsmi səfəri çərçivəsində Baykar şirkətinin Milli Texnologiya Mərkəzini ziyarət edib. Belçika İqtisadi Missiyası çərçivəsində baş tutan səfərdə kraliça ilə birlikdə Belçikanın xarici işlər naziri Maksim Prevo, müdafiə naziri Teo Frankken, regional hökumət nümayəndələri, diplomatlar, akademiklər və media təmsilçiləri iştirak ediblər.
Türk Kızılayı Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının 2025-ci il hesabatına əsasən, humanitar yardım çatdırdığı ölkələrin sayına görə dünyada birinci olub.
2026-ci ilin aprel ayında Türkiyədə baş verən ümumi qəza sayı 52 min 442 olub. İdarədən verilən məlumata görə, aprel ayında avtomobil sürücülərinin qeydiyyatda olduğu ərazilərdə törətdikləri qəzaların sayı 46 min 414, qeydiyyatda olduğu ərazidən kənarda törətdikləri qəzaların sayı isə 6 min 28 olub.
Türkiyənin Miqrasiya İdarəsi Sədrliyi tərəfindən 30 aprel 2026-cı il tarixinə olan qeyri-qanuni miqrasiya ilə bağlı yeni statistika açıqlanıb. Son illərdə ölkə ərazisində saxlanılan qeyri-qanuni miqrantların sayında və miqrant qaçaqçılığı hallarında əhəmiyyətli dərəcədə azalma müşahidə olunur.
"Baykar" İdarə Heyətinin sədri və Texnologiya Lideri Səlçuk Bayraktar SAHA 2026-da etdiyi çıxışı ilə XXI əsrin texnoloji hegemonluğuna və rəqəmsal əsarətə qarşı bəyanatlar səsləndirib.
Rəcəb Tayyib Ərdoğan Avropa inteqrasiyasının əsasını təşkil edən Şuman Bəyannaməsinin ildönümündə yayımladığı bəyanatda Avropa Birliyinin son illərdə çoxşaxəli siyasi, iqtisadi və təhlükəsizlik böhranları ilə üzləşdiyini bildirib. Türkiyə lideri qeyd edib ki, qlobal müharibələr, siyasi qarşıdurmalar və iqtisadi çətinliklər fonunda Avropa Birliyi daha əhatəli və birləşdirici siyasət yürütməyə məcburdur.
Özgür Özəl barədə Türkiyədə “halkı yanıltıcı bilgiyi alenen yayma” ittihamı ilə istintaq başlanıb. Hadisə 8 may 2026-cı il tarixində televiziya proqramında Özgür Özəlin Akın Gürlək barəsində səsləndirdiyi fikirlərlə bağlıdır. Prokurorluq həmin açıqlamaların ictimai qaydanı poza biləcək, ictimai sülhə təsir göstərə biləcək və həqiqəti əks etdirməyən xarakter daşıdığını bildirib.