Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türk dron texnologiyasının banisi Səlçuk Bayraktar bəşəriyyətə xəbərdarlıq etdi

    9 May 2026 21:57
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk dron texnologiyasının banisi Səlçuk Bayraktar bəşəriyyətə xəbərdarlıq etdi
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    "Baykar" İdarə Heyətinin sədri və Texnologiya Lideri Səlçuk Bayraktar SAHA 2026-da etdiyi çıxışı ilə XXI əsrin texnoloji hegemonluğuna və rəqəmsal əsarətə qarşı bəyanatlar səsləndirib.

    VOA xəbər verir ki, Səlçuk Bayraktar qeyd edib ki, bu tədbir sadəcə metalın və proqram təminatının nümayiş olunduğu sərgi deyil, bəşəriyyətin mənəvi yol ayrıcında ləyaqətini qorumaq üçün bir yol xəritəsidir. Onun sözlərinə görə, 30 il əvvəl dünyaya vəd edilən "texnologiya utopiyası" bu gün yerini "könüllü əsarətə" verib.

    Texnokapitalist qlobal hegemonluq və "könüllü əsarət"

    Bayraktar internetin gətirəcəyi iddia edilən sülh və bərabərliyin bir mif olduğunu bildirərək, müstəqilliyimizi təhdid edən əsas təhlükənin ənənəvi ordular deyil, cibimizdəki cihazlara qədər sızan "Texnokapitalist Qlobal Hegemonluq" olduğunu vurğulayıb.

    "Bu hegemonluq keçmiş diktaturalar kimi kobud güclə gəlmir. Milyardlarla insanı narkotik kimi asılı vəziyyətə salan bir sistemlə, həyatımıza daxil olur. Sosial media alqoritmləri doğrunu deyil, neyroloji zəifliklərimizi analiz edərək bizi ekranda saxlayacaq qəzəb və hedonizm məzmunlarını ön plana çıxarır."-deyə o qeyd edib.

    "Maşınlaşan insan qaranlığına doğru gedirik"

    İnsanla maşın arasındakı sərhədin itdiyini deyən Səlçuk Bayraktar, ruhsuz rasionalizmin və materializmin insanlıq ləyaqətini məhv etdiyini qeyd edib və bildirib ki,maşınlar üçün inanc, sevgi, mərhəmət və "niyə?" sualı yoxdur.

    “Biz inancımızın ifadəsi olan "Əşrəfi-Məxluqat" ruhunu və dərin hissiyyatı qorumalıyıq. Qəlbi və mərhəməti olmayanın əlində texnologiya yalnız məhv alətinə çevrilər. Məqsədimiz insanın maşınlaşdığı deyil, texnologiyanın insana xidmət etdiyi ədalətli dünya qurmaqdır.”-deyə müasir türk texnologiyasının atası qeyd edib.

    Bayraktar mülki texnologiyaların, xüsusən ağıllı cihazların necə ölüm saçan silahlara çevrildiyinə diqqət çəkib.

    "Bugünün Təpəgözləri, 'Texno-Canavarlar' insanlığı hər addımda izləyən bir tor hörüblər. Yaxın zamanda gördük ki, təchizat zəncirinə yerləşdirilən bombalar vasitəsilə cibimizdəki telefonlar, ağıllı saatlar, hətta qulaqlıqlar belə insanları öldürmək üçün istifadə edilir. Bu mühasirə birbaşa iradəmizə və ruhumuza qarşı yönəlib."-deyə o əlavə edib.

    Səlçuk Bayraktar sonda vurğulayıb ki, bizim sivilizasiyamız bir "könül sivilizasiyasıdır" və bu mühasirəni yalnız mənəvi dəyərlərə sahib çıxaraq yarmaq mümkündür.

    #Selçuk Bayraktar kimdir? #Selçuk Bayraktar #Türkiyə müdafiə sənayesi #Bayraktar TB3 #Alparslan Bayraktar #Bayraktar TB2 Silahlı Pilotsuz Uçuş Aparatı #SAHA #SAHA 2026v #SAHA 2026 sərgisində yeni texnologiyalar #SAHA EXPO 2026 #SAHA EXPO 2026 sərgisi nədir #SAHA EXPO 2026 müdafiə sərgisi #SAHA 2026 sərgisi #SAHA EXPO
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    TEKNOFEST Mavi Vatan həftəsonu ziyarətçi axını ilə davam edir

    22 Avqust 2026 14:05

    Türkiyə və Suriya arasında enerji və mədənçilik üzrə yeni əməkdaşlıq sazişi imzalanıb

    19 Avqust 2026 16:28

    Diyarbəkirdə 6,1 milyard barellik neft ehtiyatı üçün qazıntı başlayıb

    18 Avqust 2026 10:42

    Türkiyə Avropanın müdafiə sənayesində mövqelərini gücləndirir - Yunanıstan KIV

    12 Avqust 2026 13:50

    HAVELSAN yeni buludaltı avtonom PUA-sı BOZBEY-i təqdim edib

    9 Avqust 2026 23:30

    Türkiyənin enerji şəbəkəsi 3 qitəyə yayılır: Somali, Qazaxıstan və Macarıstana qədər uzanan strategiya

    9 Avqust 2026 20:30

    Məkkə sazişi “Terrorsuz Türkiyə” ilə əlaqəlidirmi?

    9 Avqust 2026 17:00

    Türkiyə illik 500 milyon dollar tranzit gəliri əldə edəcək

    7 Avqust 2026 09:35

    Türkiyə və İraq arasında mühüm razılaşma əldə olundu

    1 Avqust 2026 17:10

    KAAN layihəsində növbəti uğur əldə olunub

    31 İyul 2026 15:10

    ROKETSAN süni intellekt üzrə "Hackathon" müsabiqəsinə qeydiyyata başlayıb

    29 İyul 2026 16:06

    TUSAŞ HÜRKUŞ, HÜRJET və KAAN layihələri ilə bağlı yeni məlumatları açıqlayıb

    22 İyul 2026 11:02
    XƏBƏR LENTİ

    Kolumbiya İsrailə kömür ixracını iki ildən sonra bərpa edir

    Mərkəzi Bank niyə Efiopiya valyutasını xilas edə bilmədi?

    Astanada Kurultaya seçkilər üzrə səsvermə keçirilir

    ABŞ Afrikada neft strategiyasını genişləndirir?

    ABŞ-ın borcu 40 trilyon dollara yaxınlaşır - maliyyələşmə niyə bahalaşdı?

    Qlobal istiləşməni ilk dəfə Eunice Foote izah etdi

    Bu gün COVID-19 vaksini təsdiqləndi

    Tarixdə bu gün – 23 Avqust

    İsrail Livanın cənubuna hücumları davam etdirir

    Hindistan sahillərində Panama bayraqlı yük gəmisi batıb

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.