Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Xəbər lenti
    • Siyasət
    • Türk Dövlətləri
    • Digər Dövlətlər
      • Şimali Afrika
      • Yaxın Şərq
    • Təhlil
    • İran Müharibəsi
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türk Mədəniyyəti və İrsi Fondu Mağcan Cumabayevin vətəni Botayda genişmiqyaslı beynəlxalq layihə həyata keçirib

    16 Avqust 2025 16:15
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondu Mağcan Cumabayevin vətəni Botayda genişmiqyaslı beynəlxalq layihə həyata keçirib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    13–15 avqust tarixlərində Türk Mədəniyyəti və İrsi Fondunun dəstəyi ilə Şimali Qazaxıstan vilayətinin Ayırtau rayonu və Petropavl şəhərində turizm, mədəniyyət, təhsil və gənclər siyasəti istiqamətlərində reallaşan beynəlxalq tədbirlər keçirilib.

    Onu da bildiririk ki, silsilə tədbirlər Fondun cari il ərzində türk dünyasının qeyri-maddi irs və mədəniyyətinin təbliği istiqamətindəki gördüyü işlər arasında xüsusi əhəmiyyət kəsb edir.

    Əsas tədbirlər sırasında III Beynəlxalq Rəssamlar Simpoziumu, “Mağcan Mərkəzi”nin təntənəli açılışı və Türk Mədəniyyəti və İrsi Fondu tərəfindən çap olunan “Bizim Mağcan” kitabının təqdimatı, eləcə də “Botay – Böyük Çöl mədəniyyəti” mövzusunda elmi-praktik konfrans yer alır.

    Proqram çərçivəsində Qazaxıstan Respublikasının Baş nazirinin müavini Ermek Koşerbayev, elm və ali təhsil naziri Sayasat Nurbek, Turizm və İdman nazirinin müavini Erjan Erkinbayev, Mədəniyyət və İnformasiya nazirinin müavini Yevgeni Koçetov bölgəyə səfər edərək ekspozisiyalarla tanış olub, 3 ölkədən alimlər, 12 ölkədən gənc arxeoloqlar və rəssamlarla görüşüb; turizmin inkişafı, mədəni irsin qorunması və beynəlxalq əməkdaşlığın perspektivləri müzakirə edilib.

    Türk Mədəniyyəti və İrsi Fondunun nümayəndə heyəti tədbirlər boyunca tərəfdaş qurumlarla görüşlər keçirib, Botay mədəni irsinin beynəlxalq elmi və yaradıcı platformalarda təbliğinə, həmçinin türk ölkələrindən gələn nümayəndələr arasında koordinasiyanın gücləndirilməsinə dəstək verib.

    Fond tərəfindən 7 dildə nəşr olunan “Bizim Mağcan” kitabının təqdimatı yüksək səviyyədə keçirilərək vacib mədəni hadisəyə çevrilib. Nəşr, Qazaxıstanın keçmişi, bu günü və gələcəyi ilə maraqlanan, vətəninə və türk dünyasına dərin hörmət bəsləyən oxucular üçün hazırlanıb. Kitab, böyük qazax şairi Mağcan Cumabayevin həyat yolunu, cəmiyyətə töhfələrini və zəngin yaradıcılıq irsini əhatə edir. Bu əsər, Mağcanı yalnız ədəbi şəxsiyyət kimi deyil, həm də türk xalqlarının ortaq mədəniyyətinin simvolu kimi təqdim edir və oxucunu onun milli kimlik və azadlıq idealları ilə tanış edir.

    Keçirilən tədbirlər, mədəni-tarixin elmi, yaradıcılıq və turizm sahələrində əməkdaşlığın genişlənməsi üçün necə əsas ola biləcəyinin parlaq nümunəsinə çevrilib. Botay mədəniyyətinin ruhu və Mağcan Cumabayevin irsi isə gələcəkdə də nəsillərə ilham verərək, türk dünyasının keçmişini, bu gününü və gələcəyini vahid mədəni məkan daxilində birləşdirməyə davam edəcək.

    Botay mədəniyyəti qədim atçılıq ənənələrinin və Eneolit dövrünün unikal maddi-mədəni nümunələrinin öyrənilməsi baxımından təkcə Qazaxıstan üçün deyil, bütövlükdə türk dünyasının sivilizasiya yaddaşı üçün xüsusi əhəmiyyət daşıyır. Bu həftəlik proqram regionun mədəni-turistik potensialının nümayişinə, elmi mübadilə və yaradıcılıq əməkdaşlığının genişlənməsinə xidmət edir.

    Türk Mədəniyyəti və İrsi Fondunun Şimali Qazaxıstan vilayətinin akimi ilə tərəfdaşlığı çərçivəsində təşkil olunan həftəlik proqram, regionun mədəni-turizm potensialının nümayiş etdirilməsinə, elmi mübadilənin inkişafına və yaradıcılıq əməkdaşlığının gücləndirilməsinə yönəlib.

    #Qazaxıstan #Türk Mədəniyyəti və İrsi Fondu #turizn
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Əfqanıstanda azərbaycanlı silahlıların sayı demək olar ki, sıfıra bərabərdir - Rufiz Hafizoğlu

    22 İyul 2026 14:33

    Azərbaycan Respublikası Milli Məclisinin deputatı Nigar Arpadarai Türk Mədəniyyəti və İrsi Fondunu ziyarət edib

    17 İyul 2026 17:37

    Qazaxıstan süni yağış layihəsinə başlayıb

    14 İyul 2026 16:49

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Özbəkistanın Məktəbəqədər və Ümumi Təhsili naziri ilə görüşüb

    8 İyul 2026 16:46

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti I Beynəlxalq İslam Sivilizasiyası Forumunda iştirak edib

    7 İyul 2026 17:51

    Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə VIII beynəlxalq elmi simpozium keçirilib

    3 İyul 2026 15:56

    Türk Mədəniyyəti və İrsi Fondu ilə Milli Azərbaycan Tarixi Muzeyinin birgə sərgisi açılıb

    3 İyul 2026 12:25

    Türk Mədəniyyəti və İrsi Fondunda “Birinci Türkoloji Qurultay” kitabının təqdimatı keçirilib

    1 İyul 2026 13:56

    Türk Mədəniyyəti və İrsi Fondundan türk dünyasının ortaq akademik məkanına böyük dəstək: Bakıdakı konfransdan mühüm mesajlar

    30 İyun 2026 15:07

    Azərbaycan və Qazaxıstan əməkdaşlığı müzakirə edib

    30 İyun 2026 13:37

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

    29 İyun 2026 21:13

    Bakıda “Türk Dünyası Həftəsi” başladı: Türk Mədəniyyəti və İrsi Fondu silsilə tədbirlərə ev sahibliyi edir

    29 İyun 2026 18:47
    XƏBƏR LENTİ

    ASEAN Təhlükəsizlik Forumunda ABŞ, Avropa, Rusiya və Çin nümayəndələri arasında görüş olub

    SEPAH Küveytdə ABŞ hərbi obyektlərini vurdu

    ABŞ və Səudiyyə nüvə sazişi imzaladı

    Husilər Səudiyyəyə məxsus iki neft tankerini vurub

    Amerika elminin süqutu: Alimlər niyə Amerikadan Çinə qaçır?

    Avropada dövlət qərarı ilə sterilizasiya edilən qadınlar: XX əsrin unudulan faciəsi

    Tarixdə bu gün - 23 İyul

    Pakistan və Misir Yaxın Şərqdə gərginliyin azaldılmasına çağırış edib

    ABŞ agentliyi Boeing 737 insidenti üzrə araşdırmanı davam etdirir

    Avropa Komissiyası 110 milyard dollarlıq media sövdələşməsini şərtlərlə təsdiqləyib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.