Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib

    29 İyun 2026 21:13
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI,VOA

    Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Elm və Təhsil Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyasının təşkilatçılığı ilə Bakı və Xankəndi şəhərlərində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş irimiqyaslı “Türk Dünyası Həftəsi”nə start verilir. 29 iyun – 3 iyul 2026-cı il tarixlərini əhatə edəcək bu mötəbər həftənin ilk günü Heydər Əliyev Mərkəzində rəsmi açılış ilə başlayıb.

    Tədbirin ən mühüm və strateji hissələrindən birini “Türk dünyası bir ailə kimi: ortaq məqsədlər naminə beynəlxalq türk əməkdaşlıq təşkilatlarının fəaliyyətləri” mövzusundakı plenar iclasda təşkil edib. Plenar iclas türk dünyasının aparıcı beynəlxalq Türk əməkdaşlıq təşkilatlarının rəhbərlərini bir araya gətirərək ortaq dəyərlərin qorunması, mədəni inteqrasiyanın dərinləşdirilməsi, elm, təhsil və humanitar əməkdaşlığın inkişafı istiqamətində görülən işlər və gələcək fəaliyyət prioritetləri ətrafında fikir mübadiləsi üçün mühüm platformaya çevrilib.

    Plenar iclasda rəsmi məruzəçi qismində çıxış edən Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti, professor Aktotı Raimkulova bildirib ki, yüz il əvvəl Bakıda əsası qoyulan elmi-mədəni əməkdaşlıq ənənəsi bu gün türk dövlətlərinin siyasi iradəsi və beynəlxalq türk əməkdaşlıq təşkilatlarının birgə fəaliyyəti sayəsində yeni inkişaf mərhələsinə qədəm qoyub.

    Fondun prezidenti Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş Türk Dünyası Həftəsinin təşkilinə görə Azərbaycan Respublikasının Hökumətinə, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə və bütün digər tərəfdaş qurumlara təşəkkürünü bildirib.

    Professor Aktotı Raimkulova çıxışında bildirib ki, Türk Mədəniyyəti və İrsi Fondu Türk Dünyası Həftəsinin proqramında da fəal iştirak edir. Onun sözlərinə görə, bu təşəbbüslər ortaq türk irsinin tədqiqi və təbliği, elmi əməkdaşlığın genişləndirilməsi, eləcə də türk xalqları arasında mədəni inteqrasiyanın daha da möhkəmləndirilməsinə xidmət edir.

    Fondun prezidenti, həmçinin bildirib ki, Fondun təşəbbüsü ilə Baku TV ilə əməkdaşlıq çərçivəsində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş xüsusi müsahibələr silsiləsi hazırlanıb. Layihədə türk dünyasının tanınmış alim və ziyalıları Qurultayın tarixi əhəmiyyəti, türk xalqlarının ortaq elmi-mədəni irsi və bu irsin müasir dövrdə aktuallığı barədə fikirlərini bölüşüblər.

    Çıxışının sonunda professor Aktotı qeyd edib ki, yubiley tədbirləri bununla yekunlaşmayacaq. Cari ilin sonunda Türk Mədəniyyəti və İrsi Fondunun təşəbbüsü, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, türk dövlətlərinin UNESCO yanında Daimi Nümayəndəliklərinin və Beynəlxalq Türk Əməkdaşlıq Təşkilatlarının iştirakı ilə UNESCO-nun Parisdəki mənzil-qərargahında Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Bu təşəbbüs Qurultayın irsinin beynəlxalq səviyyədə daha geniş tanıdılmasına, ortaq mədəni yaddaşın möhkəmləndirilməsinə və türk dünyası arasında humanitar əməkdaşlığın inkişafına mühüm töhfə verəcək.

    İclasda, eyni zamanda Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, TÜRKSOY-un Baş katibi Sultan Raev, Türk Akademiyasının prezidenti Şahin Mustafayev və Yunus Emre İnstitutunun rəhbəri Abdurrahman Aliy çıxış ediblər.

    Plenar iclas çərçivəsində beynəlxalq türk əməkdaşlıq təşkilatlarının rəhbərlərinin çıxışlarından sonra “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı ilə təltifetmə mərasimi də keçirilib.

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Türk Dünyası Həftəsi çərçivəsində çıxış edib
    #Bakı #Aktotı Raimkulova #Xankəndi #Heydər Əliyev Mərkəzi #Türk Mədəniyyəti və İrsi Fondu #Birinci Türkoloji Qurultay #Türk Dünyası Həftəsi
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    21 Avqust 2026 19:45

    Azərbaycan və Özbəkistan parlamentlərarası əməkdaşlığı gücləndirir

    21 Avqust 2026 10:52

    Bakıda “Ahıska Türkləri - İtmiş Sürgünün İzində” sərgisi keçiriləcək

    20 Avqust 2026 14:37

    Bakıda Belçika müstəmləkəçiliyinə həsr olunan beynəlxalq konfrans keçiriləcək

    20 Avqust 2026 11:20

    Azərbaycan və Özbəkistan yeni layihələri və ticarət əlaqələrinin genişləndirilməsini müzakirə edib

    19 Avqust 2026 19:58

    Bakıda Azərbaycan və Qazaxıstan hərbi mütəxəssisləri arasında görüş keçirilib

    19 Avqust 2026 19:12

    Türk Mədəniyyəti Və İrsi Fondunda ədəbi irsin tədqiqi və əməkdaşlıq məsələləri müzakirə olunub

    19 Avqust 2026 16:25

    Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Azərbaycanın Macarıstanda yeni təyin olunmuş səfiri ilə görüşüb

    18 Avqust 2026 14:04

    Rusiya səfiri XİN-ə çağırıldı

    18 Avqust 2026 13:23

    Mətbuat Şurası Rusiya informasiya məkanında Azərbaycana qarşı təhdid xarakterli fikirləri pisləyib

    18 Avqust 2026 11:43

    Azərbaycandan Türkiyəyə altı ayda 1,3 milyard dollarlıq təbii qaz ixrac edilib

    14 Avqust 2026 11:14

    Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik edib

    14 Avqust 2026 10:19
    XƏBƏR LENTİ

    ABŞ-nin İrana qarşı iqtisadi təzyiq siyasəti uğursuzluğa məhkumdur - Abbas Əraqçi

    Hərbi təchizat zəncirimiz fəaliyyətini davam etdirir - İran

    NATO ölkələri Hörmüz boğazı üçün planları müzakirə edib

    İran və Oman Hörmüz boğazı üzrə danışıqların bərpasını müzakirə edib

    Meksikalı qubernator ABŞ-nin kartel ittihamlarından sonra işinə qayıdıb

    Ankara Netanyahunun beynəlxalq axtarışa verilməsi üçün hərəkətə keçib

    Kosmosda məlumat mərkəzləri quran “Starcloud”un dəyəri 2,3 milyard dollara çatıb

    İran Hərbi Dəniz Qüvvələri strateji boğazlarla bağlı hazırlığını açıqlayıb

    Atəşkəsə baxmayaraq İsrail Livanın cənubunda binanı bombalayıb

    Qazaxıstan və Azərbaycan TBNM-in inkişafını və strateji tərəfdaşlığın genişləndirilməsini müzakirə edib

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.