Close Menu
AzerVoice Logo
    Facebook X (Twitter) Linkedin Youtube

    AzerVoice

    • Baş xəbər
    • Qətər
    • Körfəz Əməkdaşlıq Şurası
    • Arab+
    • ArabShow
      • ArabLyrics
      • ArabSport
    • Təhlil
    • Xəbər lenti
    Facebook X (Twitter) Linkedin Youtube
    AzerVoice
    Voice of Azerbaijan / Türk Dövlətləri
    Türk Dövlətləri

    Özbəkistan və Türkiyə arasında iqtisadi əməkdaşlıq müzakirə olunub

    14 Aprel 2025 15:00
    Facebook Twitter Pinterest Copy Link Telegram LinkedIn Tumblr Email
    Özbəkistan və Türkiyə arasında iqtisadi əməkdaşlıq müzakirə olunub
    Facebook Twitter LinkedIn Pinterest Email

    BAKI, AzerVoice

    Özbəkistan İqtisadiyyat və Maliyyə Nazirliyində, Özbəkistan–Türkiyə hökumətlərarası iqtisadi əməkdaşlıq üzrə Komissiyanın işçi qrupunun növbəti iclası keçirilib.

    AzerVoice xəbər verir ki, görüşdə Türkiyə Ticarət Nazirliyinin departament direktoru Hakkı Buruncunun rəhbərliyi ilə Türkiyənin müvafiq nazirlik və qurumlarının nümayəndələri, eləcə də Özbəkistan tərəfindən İqtisadiyyat və Maliyyə Nazirliyi, aidiyyəti qurum və sektor nümayəndələri iştirak ediblər.

    Tədbirdə Hökumətlərarası Komissiyanın 8-ci iclası çərçivəsində qəbul olunmuş “Fəaliyyət Planı” üzrə görülən işlər geniş şəkildə müzakirə olunub.

    İki ölkə arasında mövcud maneələrin aradan qaldırılması üçün konkret təkliflər səsləndirilib, qarşıdakı dövrdə həyata keçirilməsi planlaşdırılan investisiya və iqtisadi layihələrin sürətləndirilməsi məsələləri nəzərdən keçirilib.

    Eyni zamanda, cari ilin 14–15 may tarixlərində Daşkənddə keçirilməsi planlaşdırılan Hökumətlərarası Komissiyanın 8-ci iclası və paralel təşkil olunacaq Biznes Forumu ilə bağlı hazırlıq tədbirləri müzakirə olunub.

    Görüşün sonunda tərəflər qarşılıqlı faydalı əməkdaşlığın inkişaf etdirilməsi, “Fəaliyyət Planı”nda nəzərdə tutulan məqsədlərə nail olunması və effektiv, sistemli işin davam etdirilməsi ilə bağlı razılıq əldə ediblər.

    #Türkiyə #Özbəkistan #Türk dövlətləri #əməkdaşlıq əlaqələri #İkitərəfli əlaqələr #İqtisadi əlaqələr
    Facebook Twitter Pinterest LinkedIn Tumblr Email Copy Link

    Oxşar Xəbərər

    Azərbaycan XİN Zəfər bayramı münasibətilə Türkiyə xalqını və dövlətini təbrik edib

    30 Avqust 2026 10:40

    Türkiyə hərbi dəniz qüvvələri Somali dəniz quldurları tərəfindən qaçırılan gəmini azad edib

    30 Avqust 2026 09:18

    Qətər və Türkiyə xarici işlər nazirləri Yaxın Şərqdə gərginliyin azaldılması yollarını müzakirə ediblər

    29 Avqust 2026 20:41

    Abbas Əraqçi müsəlman ölkələrini böyük dövlətlərin “həddindən artıq tələblərinə” qarşı birliyə çağırıb

    29 Avqust 2026 20:09

    Ukraynanın Ankaradakı səfiri XİN-ə çağırılıb

    29 Avqust 2026 17:42

    Rəcəb Tayyib Ərdoğan 30 Avqust – Zəfər Bayramı münasibətilə xalqa müraciət edib

    28 Avqust 2026 20:13

    Körfəz ölkələri yeni təhlükəsizlik modelləri axtarır

    28 Avqust 2026 20:03

    Qəzzanın yenidən qurulması üçün 7 milyard dollar vəd edilib

    28 Avqust 2026 18:15

    ABŞ–Efiopiya hərbi əməkdaşlığını gücləndirir: Misirə və regiondakı 5 aktora mesaj

    28 Avqust 2026 12:33

    Azərbaycan və Özbəkistanın mərkəzi bankları maliyyə texnologiyalarının inkişafını müzakirə edib

    28 Avqust 2026 12:06

    İsrail mətbuatı SDQ-nin inteqrasiyasına necə reaksiya verdi?

    27 Avqust 2026 15:50

    Ərdoğandan Qarabağ Universiteti ilə bağlı mühüm qərar

    27 Avqust 2026 11:20
    XƏBƏR LENTİ

    Məğlubiyyətdən gücə - Çində “Boksçular üsyanı” ölkənin gələcəyini necə dəyişdi?

    31 avqustda ərəb dövlətlərində nə baş verdi?

    Tarixdə bu gün – 31 Avqust

    Mavritaniyanın antiterror modeli-Sələfilərlə dialoq və inteqrasiya

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva və Arzu Əliyeva klassik avtomobillərin yürüşü və sərgisini izləyiblər

    Casus peykindən elmi tədqiqata - Roman teleskopunun gizli hərbi keçmişi haqqında nə bilirik?

    Məkkə yağışlarının sirri nədir? Süheyl ulduzu və “El-Ninyo” hadisəsi nə deyir?

    Yeni "Freelander 8" Yaxın Şərq bazarına çıxır

    Ağciyərlər: Hər nəfəsdə həyat verən möhtəşəm sistem

    Bədr ər-Rəzizə Səudiyyə Ərəbistanı Futbol Federasiyasında yeni prezidenti seçildi

    Facebook X (Twitter) Linkedin Youtube
    © 2026 Azervoice.
    • Əlaqə
    • Haqqımızda
    • İstifadə şərtləri
    • Məxfilik siyasəti
    • Xəbər lenti

    Axtarış üçün yuxarıya yazın və Enter düyməsinə basın. Ləğv etmək üçün Esc düyməsini sıxın.