Bakı. AzerVoice:
Türkiyə Qazaxıstanda gəmiqayırma zavodu tikəcək.
AzerVoice xəbər verir ki, bu haqda Qazaxıstan höküməti ilə Türkiyənin "Dearsan Shipyard" şirkəti arasında müqavilə imzalanıb.
Gəmiqayırma zavodunun 2024-cü ildə fəaliyyətə başlayacağı gözlənilir.
2023-cü ildə Nigeriya Hərbi Dəniz Qüvvələrinə iki patrul gəmisi ixrac etməyi bacaran şirkət, demək olar ki, bütün istehsalını Tuzlada (Türkiyə) yerləşən tərsanə vasitəsilə təmin edib.
Qeyd edək ki, “Dearsan Shipyard” şirkəti “Fənərbaxça” idman klubunun prezidenti Əziz Yıldırıma məxsusdur.