Bakı. AzerVoice:
Şimali Kiprın Geçitkale hava limanının Türkiyə PUA-larının yerləşmə mərkəzi olması haqqında qərar, KKTC Məclisində təsdiq edilib.
AzerVoice-un məlumatına görə, Şimali Kipr Türk Cümhuriyyətinin Məclisi, Geçitkale hava limanının Türkiyə Silahlı Qüvvələrinə ayrılmasına qərar verib.
KKTC-nin Mağusa şəhəri yaxınlığındakı Geçitkale hava limanı, Kipr Türk Sülh Qüvvələri Komandanlığının istifadəsinə verilib. Qərar KKTC Məclisində yekdilliklə qəbul edilib.
KKTC Məclisinin təsdiq etdiyi protokola görə, Geçitkale hava limanı, artıq həm hərbi baza, həm də PUA mərkəzi olacaq. Hava limanı Türkiyənin Şərqi Aralıq dənizindəki ilk bazası olacaq.
Aytac Süleymanova
Twitter: a_alieva_