#BMT-nin Qəzza hesabatı

HƏMAS, İsrailin mühasirə və hücumları altındakı Qəzza zolağına humanitar yardım aparmaq üçün yola çıxan Əzm Flotiliyasına İsrail ordusunun hücumunu pisləyib. HƏMAS tərəfindən yayımlanan açıqlamada, İsrail ordusunun Qəzzaya yardım çatdırmaq məqsədilə yola çıxan Əzm Flotiliyasındaki gəmilərə hücum etməsi, aktivistləri və jurnalistləri saxlaması "xəyanətkar hücum, quldurluq cinayəti və terror aktı" kimi qiymətləndirilib. Açıqlamada bildirilib ki, İsrail artıq 2 ildir Qəzzada soyqırım və aclıq siyasəti yürüdür və mühasirədə olan fələstinlilərə təcili humanitar yardım çatdırmaq üçün yola çıxan donanmadakı gəmilərə və beynəlxalq aktivistlərə hücum, "işğalçı İsrailin cinayətlər siyahısına əlavə olunub."

İspaniyada azlıq sol koalisiya hökuməti İsrailə tam silah embarqosu tətbiq edən Krallıq fərmanını təsdiqlədi. Hökumət Nazirlər Kabinetinin həftəlik iclasında İsrailə qarşı sanksiyalarla bağlı yarımçıq qalmış fərmanları təsdiqlədiyini açıqlayıb. Hökumət Nazirlər Kabinetinin həftəlik iclasında İsrailə qarşı sanksiyalarla bağlı yarımçıq qalmış fərmanları təsdiqlədiyini açıqlayıb. Jurnalistlərə açıqlama verən İspaniya İqtisadiyyat, Ticarət və Şirkətlər naziri Carlos Cuerpo deyib ki, “İsrailə tam silah embarqosu üçün Krallıq fərmanı təsdiqləndi. Bu qərar, bütün müdafiə avadanlıqlarının və ikili təyinatlı məhsul və texnologiyaların İsrailə ixracı və idxalını qadağan edir.”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 23 sentyabr çərşənbə axşamı Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 15-ci dəfə iclasında çıxış edəcək. Onun nitqinin əsas mövzuları arasında İsrailin Qəzzada həyata keçirdiyi soyqırımı, Fələstinin dövlət kimi tanınması və beynəlxalq ictimaiyyətin İsrailə qarşı atacağı addımlar olacaq. Ərdoğan BMT Baş Assambleyasına ilk dəfə 2005-ci ildə, baş nazir vəzifəsində olarkən qatılıb. 60-cı Baş Assambleyada çıxışı zamanı BMT-nin daha demokratik, şəffaf və bütün üzvlərin ortaq iradəsini təmsil edən bir quruma çevrilməsinin zəruriliyini vurğulayıb.

Tramp tez-tez dünyanın diqqətini çəkən təxribatçı açıqlamalar verməyi sevir. Məsələn, ABŞ-ın Qəzza zolağına tam nəzarət edəcəyi və orada “Qəzza Rivyerası” adlı cazibədar bölgə quracağı fikri kimi. Digər tərəfdən isə o, çox vaxt nümayişkaranə addımlar atır: iyun ayında İrana qarşı həyata keçirilən qəfil hücum və ya bu ay Venesuelalı narkotik tacirlərinə qarşı təşkil edilən əməliyyat kimi. Lakin bu addımları strateji nəticələr doğuran ardıcıl siyasət kimi qəbul etmək düzgün olmaz.

Ərdoğan bu gün İslam Əməkdaşlıq Təşkilatı–Ərəb Liqası Fövqəladə Zirvə Toplantısında iştirak etmək üçün Qətərə gedir. Prezident Ərdoğan İsrailin qətliam xarakterli hücumlarının dayandırılması ilə bağlı mesajlarını paytaxt Dohada keçiriləcək zirvə toplantısında verəcək. Türkiyə Prezidenti Ərdoğan Qətərə yola düşəcək. İsrail təxminən 2 ildir Qəzzanı qan içində qoyur. Region ölkələri İsrailin sərhəd tanımayan hücumlarından narahatdır.

Birləşmiş Millətlər Təşkilatı (BMT), İsrailin Qəzza şəhərində binaları hədəf almağa davam etdiyini bildirərək, dünəndən etibarən şimaldan cənuba doğru 10 mindən çox insanın məcburi köçkün edildiyini açıqlayıb. BMT Baş katibinin sözçüsü Stefan Düjarrik gündəlik mətbuat konfransında danışıb. O bildirib ki, BMT-nin Humanitar Məsələlərin Koordinasiyası İdarəsinin (OCHA) əməkdaşları İsrail qüvvələrinin Qəzza şəhərində daha çox binanı bombaladığını qeyd ediblər.

İsrail ordusu Qəzza zolağının şimalında yerləşən Qəzza şəhərində son 72 saat ərzində hər biri ən azı 7 mərtəbədən ibarət olan və ümumilikdə 209 mənzili əhatə edən 5 çoxmərtəbəli binanı bombalayıb. Bu barədə Qəzzadakı Mülki Müdafiə İdarəsi yazılı açıqlama yayıb. Bildirilib ki, mövcud humanitar böhran şəraitində hər bir mənzildə orta hesabla 20 nəfər yaşayırdı. Bu da ən azı 4 min 100 qadın, uşaq və yaşlının evsiz qaldığı deməkdir. Açıqlamada əlavə olunur ki, yerindən edilən insanlar üçün qurulmuş və hər biri 10 nəfərlik olan 350 çadır da İsrail hücumları nəticəsində dağıdılıb. Nəticədə təxminən 3 min 500 nəfər daha sığınacaqdan məhrum olub.

7 oktyabr 2023-cü ildən bəri İsrailin Qəzza zolağına davam edən hücumlarında həyatını itirənlərin sayı 64 min 368-ə çatdı. Qəzzadakı Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin davam edən hücumlarında son 24 saatda baş verən can itkiləri və yaralanmalara dair məlumatlar paylaşılıb. Bildirilib ki, son bir sutka ərzində Qəzza zolağındakı xəstəxanalara 68 meyit və 362 yaralı gətirilib. İsrail ordusunun 19 yanvar tarixində əldə edilən atəşkəsi pozaraq 18 martdan bu yana həyata keçirdiyi hücumlarda ümumilikdə 11 min 828 fələstinli həyatını itirib, 50 min 326 nəfər isə yaralanıb.

Dünyanın bir çox ölkəsində yeni tədris ili başlayarkən, İsrailin 7 oktyabr 2023-cü ildən bəri Qəzza zolağına qarşı həyata keçirdiyi hücumlar səbəbindən bölgədə təhsil sistemi demək olar ki, tamamilə iflic olub. Qəzzada məktəblər və sinif otaqları ya sığınacaq mərkəzlərinə çevrilib, ya da dağıdılıb. Qəzzadakı Hökumət Mediya Ofisinin rəhbəri İsmayıl Sevabitenin sözlərinə görə, İsrailin ardıcıl hücumları nəticəsində artıq üçüncü ildir ki, təxminən 785 min şagird təhsildən məhrum qalıb. O bildirib ki, təxminən 25 min müəllim də işləyə bilmir, çünki İsrailin hücumları nəticəsində təhsil infrastrukturu tamamilə dağıdılıb.

İsrailin hücumları və blokadası səbəbiylə aclığın yaşandığı Qəzzada aclıqdan ölənlərin sayı son 24 saatda 6 nəfər artaraq 131-i uşaq olmaqla 367-yə çatıb. Bu barədə Qəzzadakı Fələstin Səhiyyə Nazirliyi yazılı açıqlama yayıb. Bildirilib ki, bölgədə uzun müddətdir davam edən ərzaq çatışmazlığı və yardım qıtlığı nəticəsində ölüm halları kritik həddə çatıb. Açıqlamaya görə, 2023-cü il 7 oktyabrdan bu günədək Qəzzada aclıqdan ölənlərin ümumi sayı 367 nəfərə yüksəlib. Onlardan 131-i uşaqlardır. Beynəlxalq ictimaiyyətin diqqətini çəkən bu vəziyyətlə bağlı Birləşmiş Millətlər Təşkilatının (BMT) dəstəklədiyi Qida Təhlükəsizliyi Mərhələ Təsnifatı (IPC) tərəfindən yayımlanan son hesabatda, 15 avqust 2025 tarixindən etibarən Qəzzada aclığın ən yüksək – fəlakət səviyyəsi olan 5-ci mərhələyə çatdığı sübutlarla təsdiqlənib.