Qəzzada ABŞ, Türkiyə, Qətər və Misirin vasitəçiliyi ilə əldə olunan atəşkəsə baxmayaraq, İsrail razılaşma şərtlərini yerinə yetirmir. Atəşkəs müddətində İsrail ordusu ən azı 194 dəfə atəşkəsi pozub. Razılaşmaya əsasən Qəzzaya gündəlik 600 yük maşını humanitar yardım daxil olmalı olduğu halda, əraziyə orta hesabla cəmi 145 yük maşını buraxılır. Girişinə icazə verilən yardımların çoxunda un, yağ kimi əsas ərzaq məhsulları əvəzinə cips, şokolad və biskvit kimi məhsulların yer aldığı bildirilir. Yerli rəsmilər bunun qəsdən edildiyini, İsrailin həyati əhəmiyyətli ərzaqları ən sona saxlayaraq yeni aclıq taktikasına əl atdığını vurğulayır.
#BMT-nin Qəzza hesabatı
Türkiyənin xarici işlər naziri Hakan Fidan İordaniya xarici işlər naziri Əymən əs-Safedi və Misir xarici işlər naziri Bədr Abdulati ilə telefon danışığı aparıb.
Ev Yıxımlarına Qarşı İsrail Komitəsinin (ICAHD) rəhbəri, İsrailli antropoloq Jeff Halper bildirib ki, İsrail 2023-cü ilin oktyabrından bəri Qəzza Zolağına etdiyi hücumlarda yüz minlərlə evi, ibadətgahı, məktəbi və mülki infrastrukturu dağıdıb və yenidənqurma layihələrinə Fələstinliləri daxil etmir. Halper bu açıqlamaları, İsrailin Qəzza ərazisində törətdiyi müharibə cinayətlərini araşdırmaq üçün yaradılmış qlobal və müstəqil təşəbbüs olan Qəzza Məhkəməsinin İstanbulda keçirilən son iclası çərçivəsində Anadolu Agentliyinə deyib.
Birləşmiş Millətlər Təşkilatının Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İnkişaf Agentliyi (UNRWA) bildirib ki, İsrailin uzunmüddətli hücumları nəticəsində Qəzza zolağı 61 milyon ton dağıntı ilə örtülüb. Qurumun ABŞ mərkəzli X sosial media platformasındakı paylaşımında, İsrailin iki il ərzində Qəzza zolağını mühasirədə saxlayaraq bombaladığı və bölgənin geniş hissələrinin yerlə-yeksan edildiyi vurğulanıb.
İsrail ordusunun atəşkəsə baxmayaraq son 24 saatda Qəzzada həyata keçirdiyi hücumlarda 45 nəfər həlak olub. Qəzzadaki Səhiyyə Nazirliyinin yaydığı yazılı açıqlamada, İsrailin hücumları nəticəsində baş verən insan tələfatı, yaralılar və dağıntılar altından çıxarılan cəsədlərlə bağlı məlumatlar paylaşılıb. Son 24 saat ərzində Qəzza zolağındakı xəstəxanalara, dağıntılar altından çıxarılan 12 nəfər də daxil olmaqla, ümumilikdə 57 meyit və 158 yaralı gətirilib.
Qəzzadakı hökumət, İsrailin iki il ərzində həyata keçirdiyi intensiv hava və quru hücumlarının bölgəni “ən böyük humanitar fəlakət”lə üz-üzə qoyduğunu açıqlayıb. Hökumətin Media Ofisinin məlumatına görə, İsrailin hücumları nəticəsində Qəzza zolağında 70 milyon tonadək dağıntı qalıb. Açıqlamada həmçinin bölgədə 20 min partlamamış sursatın təhlükə yaratdığı və onların zərərsizləşdirilməsi üçün xüsusi təlim keçmiş beynəlxalq ekspert qruplarına ehtiyac olduğu vurğulanıb.
BMT-nin İnkişaf Proqramının (UNDP) Fələstindəki xüsusi nümayəndəsi Jako Silliers bildirib ki, Qəzzədə yenidənqurma işlərinin maliyyə dəyərini müəyyənləşdirmək üçün BMT, Avropa İttifaqı (Aİ) və Dünya Bankı tərəfindən birgə həyata keçirilən IRDNA (Müvəqqəti Sürətli Zərər və Ehtiyacların Qiymətləndirilməsi) təxminən 70 milyard dollara ehtiyac duyulduğunu proqnozlaşdırıb.
2025-ci ilin sentyabrın son günləri və oktyabrın əvvəlində İsrailin Qəzza zolağına hücumları yenidən şiddətlənib. İşğalçı qüvvələrin hərbi əməliyyatları azaltdığını bəyan etməsinə baxmayaraq, bölgədə vəziyyət daha da ağırlaşıb.
ABŞ prezidenti Donald Tramp bazar günü bildirib ki, Qəzza zolağında müharibəyə son qoymaq üçün irəli sürdüyü plan İsrail üçün böyük bir razılaşmadır.
Plana görə, Trampın rəhbərliyi altında “Sülh Şurası” adlı beynəlxalq qurumun icrası nəzərdə tutulur. Lakin İran mediası bu plana sərt hücum edib; bölgədəki əksər ərəb və islam ölkələrinin dəstəkləməsinə baxmayaraq, yazarlara görə, plan “birbaşa işğalı dolayı işğalla əvəzləyir”.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Yaxın Şərqdəki Fələstinli Qaçqınlara Yardım və İmar Agentliyi (UNRWA), İsrailin hücumları altındakı Qəzza Zolağında on minlərlə fələstinlinin böyük bədəl ödəyərək davamlı köçə məcbur edildiyini bildirib. UNRWA-nın ABŞ mərkəzli X şirkətinə məxsus sosial media platformasında yayımladığı açıqlamada, İsrailin 7 oktyabr 2023-cü ildən bəri blokada altında saxlayaraq bombaladığı Qəzzadakı məcburi köç məsələsinə diqqət çəkilib.
Tramp və Netanyahu’nun Qəzza–Fələstin planından anladığım budur: “İki dövlətli həll ümidini”, “dövlət qurmaq arzusunu” və “qanla ağrını dayandırmaq istəyini” artıq BİR SİLAH kimi istifadə etmək istəyirlər! Qəzzada indiyədək “şiddət, qırğın, ölüm, dağıntı, aclıq, qıtlıq, yoxsulluq və qeyri-müəyyənlik” meydanda silah kimi tətbiq edilib. Bunlar İsrail və ABŞ-ın məqsədlərinə çatmasını asanlaşdırmaq üçün — həm Qəzza xalqını, həm də Həmas-ı sıxışdırmaq, həm də xalqı Həmas üzərində bir təzyiq alətinə çevirmək üçün istifadə edilib. Eyni zamanda beynəlxalq ictimaiyyəti və hədəf dövlətləri qorxutmaq, istiqamətləndirmək və manipulyasiya etmək funksiyasını yerinə yetirib.